Accessibility links

İran Azərbaycanında vətəndaş hüquqları müdafiəçisi həbs olunub


Milli fəal və vətəndaş hüquqları müdafiəçi,Qızıl Güney adı ilə tanınan Hafiz Sərdarpur Ərdəbilin kəşfiyyat və təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb.

Günaz TV-nin yaydığı məlumata görə, mayın 29-da nəzarət altına alınan Germili Sərdapur tutulmasının səbəbləri bəlli deyil.

Qeyd olunub ki, o, 2010- cu ildə başqa 6 fəalla bərabər Muğan şəhərində tutulmuşdu.

Milli fəaliyyətlərinə görə Hafiz Sərdarpurun magistratura təhsilini davam etdirməsi yasaqlanıb.

XS
SM
MD
LG