Accessibility links

ABŞ-Kuba danışıqları Vaşınqtonda davam edəcək


ABŞ və Kuba nümayəndə heyətləri iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində danışıqları davam etdirmək üçün Vaşınqtonda bir araya gələcək.

Danışıqlar prezident Barak Obamanın Kubanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarmaq haqda qərarının mayın 29-nadək Konqresdə səsə qoyulmasından əvvəl keçirilir.

ABŞ qanunvericiləri Amerikanın Kuba ilə münasibətlərinin normallaşmasının ölkənin xeyrinə və ya ziyanına olacağını sual edir.

Dünən Konqres dinləmələrində Senator Bob Menendez Kuba ilə münasibətlərin bir tərəf üçün mənfəətli olacağını bildirib.

Senatın Xarici Münasibətlər Komisiyası qarşısında ifadə verən Dövlət Departamentinin rəsmiləri ABŞ-ın Kuba ilə diplomatik münasibətləri normallaşdırmağa çalışmasına baxmayaraq, bu istiqamətdə daha artıq görülməli iş olduğunu bildirib.

Vaşınqton danışıqlarına səfirliklərin yenidən açılması istiqamətində müzakirələr də daxildir.

Bu həftənin əvvəli Kubanın Xarici İşlər Nazirliyinin direktor müavini Qustavo Maçin deyib ki, bu görüş səfirliklərin açılmasından əvvəl keçiriləcək sonuncu görüş ola bilər.

XS
SM
MD
LG