Accessibility links

Malayziya təyyarəsinin axtarışları davam edir


Malayziya rəsmilərinin bildirdiyinə görə, yoxa çıxan təyyarənin axtarışlarının əhatə dairəsi genişləndirilərək 4 milyon kvadrat kilometr ərazini əhatə edib.

Müdafiə naziri Huşammuddin Hüseyn bu gün habelə məhdud axtarışları genişlərdirmək üçün daha çox beynəlxalq əməkdaşlığa çağırıb.

Rəsmilər Malayziya Hava Yollarına məxsus Boeing 777-nin hərəkət istiqamətinin bilərəkdən dəyişdirildiyinə inanır və ehtimal edir ki, təyyarə ya şimalda Mərkəzi Asiyaya, və ya cənubda Hind Okeanı istiqamətində hərəkət edib.

Martın 8-də Kuala Lumpurdan Pekinə uçan zaman yoxa çıxan layneri tapmaq səylərinə 26 ölkə qoşulub.

Rəsmilər terrorizm, qaçırılma və ya mexaniki problemlər də daxil olmaqla heç bir ehtimalı istisna etmir.

Bununla yanaşı, New York Times-ın məlumatına görə, təyyarənin hərəkət istiqamətinin pilot kabinəsindən idarə olunan kompyuter sistemi ilə dəyişdirildiyi ehtimal olunur.
XS
SM
MD
LG