Accessibility links

İlqar Müəzzinzadə barədə hökm çıxarıldı


Təbriz İnqilab Məhkəməsi gənc yazar və şair İlqar Müəzzinzadəni 27 ay, mədəni fəal Oxtay Rəşidini isə dörd ay həbsə məhkum edib.

Oyan News veb səhifəsinin məlumatına görə, aprel ayının 30-da AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalid ilə birlikdə Təbrizdə İranın təhlükəsizlik məmurları tərəfindən tutulan İranın azərbaycanlı mədəni fəalları Oxtay Rəşidi, Aşıq İsa Qaraxanlı, Əmir Hadiyan, habelə həmin həbslərlə bağlı may ayının 8-də nəzarət altına alınan yazar və şair İlqar Müəzzinzadəni Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsinin hakimi Bağırpur mühakimə edib.

Məlumata istinadən, yazar İlqar Müəzzinzadə Azərbaycan Respublikası vətəndaşı Xalidə Xalidlə əlaqədə olduğu, habelə Türk dili və ədəbiyatı mövzusunda çalışan Üçlük veb səhifəsini idarə etdiyi üçün “İran İslam Respublikasına qarşı təbliğat aparmaq” və “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə” ittihamları ilə 27 ay həbs, Xalidə Xalidə Təbrizdə ev-sahibliyi edən Oxtay Rəşidi isə üç ay həbsə məhkum edilib.

Məhkəmənin Aşıq İsa Qaraxanlı və Əmir Hadiyana bəraət hökmü verdiyi qeyd edilib.

Ədəbiyatçı və mədəni fəal İlqar Müəzzinzadə təqribən 50 gün Ettelaat həbsxanasında saxlandıqdan sonra Təbrizin Mərkəzi zindanına köçürülüb. Onun sağlıq durumunun yaxşı olmadığı ilə bağlı xəbərlər yayılıb.

Oxtay Rəşidi hazırda müvəqqəti azadlıqdadır. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun əməkdaşı Xalidə İsmayılova (Xalid) və sürücüsü Şamxal Hüseynov isə həbsdən azad edildikdən sonra iyunun 6-da Bakıya qayıdıblar.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG