Accessibility links

Leyla Cavidan: Şərqi Azərbaycan qadınlarında depressiya yaşı 9-dan aşağıdır


Leyla Cavidan
Leyla Cavidan

Şərqi Azərbaycan vilayəti gənclər və idman idarəsinin sədr müavini Leyla Cavidan vilayətdə qadınlar arasında depressiya hallarının çoxaldığını və depressiyaya düşmək yaşının 9-dan az olduğunu bildirir.

İran dövlətinin rəsmi xəbər agentliyi IRNA-ya müsahibə verən Cavidanın sözlərinə görə, “idman və fiziki fəaliyyətlərin olmaması qadınlarda ruhi və fiziki xəstəliklərinin artmasına səbəb olur.”

O, dövlət qurumlarını qadınlar üçün yetərli idman imkanları yaratmadıqlarına görə tənqid edib.

Leyla Cavidan həmçinin ötən sentyabr ayında Şərqi Azərbaycan vilayətində erkən yaşda ərə verilən qız uşaqları haqqında mətbuata məlumat vermişdi.

Onun açıqladığı rəsmi statistikaya görə, 1392 günəş ilində (2012-2013) Şərqi Azərbaycanda yaşı 15-dın aşağı olan 4488 uşağın evləndirilməsi faktı qeydə alınıb. Bunların üçü 10 yaşdan kiçik uşaqlar olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG