Accessibility links

Bu don nə rəngdədir? Dizaynerin özü danışır


Bu don nə rəngdədir? Dizaynerin özü danışır
please wait

No media source currently available

0:00 0:02:47 0:00

Bu don nə rəngdədir? Dizaynerin özü danışır

Donun şəkli bütün dünyada müzakirələrə və onun satışının sürətlə artmasına səbəb olub

İnsanların hər şeyi fərqli gördüyü hamı tərəfindən qəbul edilmiş bir həqiqətdir. Müxtəlif insanların fərqli rənglərdə gördüyü yeni bir donun foto-şəklinin internetdə payaşılmasından sonra Britaniya geyim mağazası bunu bir daha sübuta yetirib. Donun şəkli bütün dünyada müzakirələrə və onun satışının sürətlə artmasına səbəb olub.

Britaniya geyim mağazası Roman Originals-ın yeni libası dünyanın diqqətini öz üzərinə çəkib. Beynəlxalq sorğuda göstərilib ki, internetdə dona baxan insanlar onu fərqli rənglərdə görüblər.

Mən libasın əsl rənginin göy və qara olduğuna açıqlıq gətirərək, bu böyük müəmmaya son qoymaq istəyirəm. Libas ağ və qızılı rəngdə deyil

Sual: Bu don nə rəngdədir?

Kişi: Göy və qara.

2-ci kişi: Bu ağ və qızılı rəngdədir.

Sual: Siz hansı rəngləri görürsünüz?

Uşaq: Mən mavi görürəm.

3-cü kişi: Mavi və boz.

Qadın: Mənə ələ gəlir ki, qızılı və ağdır.

Türkiyədə də insanlar donu bu rənglərdə görüblər.

Bəziləri isə üçün o, daha da fərqli rəngdədir.

Bəs don əslində hansı rəngdədir? Müxtəlif sosial şəbəkələrdə paylaşılan şəkil bütün dünyada müzakirələrə səbəb oldu. Hətta məşhurlar belə öz fikirlərini bildirdi. Bəzi insanlar isə göz həkiminə getməyi belə düşündülər, xüsusilə də mağaza donun əsl rəngi ilə bağlı açıqlama verdikdən sonra.

“Mən libasın əsl rənginin göy və qara olduğuna açıqlıq gətirərək, bu böyük müəmmaya son qoymaq istəyirəm. Libas ağ və qızılı rəngdə deyil. Lakin istək olsa, biz libası qızılı və ağ rəngdə də istehsal edə bilərik.”

Optometriya ekspertləri bu şəklin insan beyninin tamamilə fərqli şəkildə rəngləri qəbul edib prosesdən keçirdiyini göstərir.

“Vizual sistem çox mürəkkəbdir- kişi və qadın, hətta fərdlər arasında dəyişir. Ona görə də, kontekst və işıqlandırma bizim görmə qabiliyyətimizə təsir edir, daha vacibi isə bizim beynimizin gördüyümüz şeyləri interpretasiyasına təsir edir.

Roman Originals mağazasının menecerləri deyir ki, onlar donun xüsusi işıq altında fərqli rəngdə göründüyünü bilmirdilər. Şəkil internetdə paylaşıldıqdan sonra mağazaya yüzlərlərə telefon zəngi və elektron məktub daxil olmağa başlayıb. Mağaza bildirir ki, şəkil internetdə yerləşdirildikdən sonra ilk 18 saat ərzinə mağazanın internet səhifəsinə 1 milyon istifadəçi daxil olub.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG