Accessibility links

HRW: Avropa İttifaqı Azərbaycanda siyasi məhbusların azad edilməsinə çağırmalıdır


Təşkilat hüquqların durumu yaxşılaşmadığı təqdirdə Azərbaycanla əməkdaşlığı qeyri-mümkün hesab edir.

"Avropalı liderlər Azərbaycan hakimiyyətini bütün siyasi məhbusları “şərtsiz” azad etməyə çağırmaq üçün Riqa sammiti çərçivəsindəki görüş imkanlarından istifadə etməlidir."

Bu barədə Human Rights Watch hüquq-müdafiə təşkilatının məlumatında deyilir.

Mayın 21-22-də Riqada Avropanın 28 ölkəsinin nümayəndəsi Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla görüşə biləcək. “Bu, hökuməti tənqid edənlərin azadlığa buraxılması və fəallara qarşı repressiyalara son qoyulması məsələsini qaldırmaq üçün yaxşı imkandır,” təşkilatın nümayəndəsi vurğulayıb.

“Avropa İttifaqı göstərməlidir ki, hakimiyyət insan hüquqları ilə bağlı vəziyyəti yaxşılaşdırmasa Azərbaycanla yaxın əməkdaşlıq mümkün deyil,” sənəddə deyilir.

Human Rights Watch bəyan edir ki, Aİ ölkələri XİN rəhbərlərini Azərbaycan hakimiyyətinin öz vətəndaşlarının hüquq və azadlıqlarını pozmasına “sərt kollektiv cavab” verməli və Avropa Oyunları mərasimlərində iştirakdan imtina etməlidir.

XS
SM
MD
LG