Accessibility links

Çin Şimali Koreyanın kiber hücumunda öz qurğularından istifadə edildiyini danır


Çin xarici işlər nazirliyi Şimali Koreyanın Sony Pictures-ə qarçı kiber hücum təşkil edərkən Çin qurğularından istifadə etdiyinə dair bəyanatları təsdiqləmək üçün kifayət qədər məlumatları olmadığını bildirib.

Bazar ertəsi xarici İşlər nazirliyinin mətbuat katibi Hua Çunyinq Çinin kiber hücumun hər bir növününün əleyhinə olduğunu və kifayət qədər informasiya olmadan heç bir nəticə çıxarmayacağını bildirib.

Lakin Hua bildirib ki, Çin üçüncü tərəfin digər bir ölkənin qurğularından istifadə edərərək hücumlarına qarşı çıxır və digər ölkələrlə bu mövzu üzərində danışıqlar aparmağa hazırdır.

Amerika Birləşmiş Ştatları Pxenyandan kiber hücumların qarşısını almaq üçün Çinlə danışıqlar aparır.

Bu tələb problem yarada bilər çünki Vaşinqton uzun müddətdir Çinli kiber oğruların ABŞ müdafiə sirrlırinə təhlükə yaratmaqda, ABŞ şirkətlərinin rəqabət gücünü azaltmaqda və Ameriaklı işçilərin işlərinə

ABŞ prezidenti Barak Obama Amerika Birləşmiş Ştatlarının Şimali Koreyanı terrorizmə sponsorluq edən ölkələrin siyahısına yenidən daxil edib-etməməyi müzakirə edir.

CNN-də illik məruzə hesabatı zamanı cənab Oabama bu hakerliyin müharibə aktı olmadığını bildirib.

Yaponiya da bu kiber hücumu tənqid edir. Yaponiya nazirlər kabinetinin baş katibi Yaponiyanın bu məsələ ilə bağlı Vaşinqtonla yaxın əlaqə saxladığını və kiber hücumların Yaponiayanın milli təhlükəsziliyinə də ciddi problem yaradacağını bildirib.

Şimali Koreya Sony Pictures şirkətinin kompyuter şəbəkəsinin hakerliyə məruz qalması ilə əlaqələri olmadığını bidlirir.

Hakerlər özlərini “Sülh Qəyyumları” adlandırırılar və "İntervyu" filmini izləməyə gedən hər bir kəsin acı aqibətlə üzləşəcəyini bildiriblər.

Sony satrirk komediyanın dekabrın 25-ə nəzərdə tutulan buraxılışını təxirə salıb.

Prezident Obama filmin təxirə salınmasını qınayıb və bildirib ki, ölkə bu cür kiber hücumlara adaptasiya olmalıdır.

XS
SM
MD
LG