Accessibility links

“Quş qripi” üzrə monitorinq başlayıb


Quş qripi virusu
Quş qripi virusu

Monitorinqin nəticələri bu il oktyabrın 31-də çıqlanacaq

Hazırda ölkədə “quş qripi” xəstəliyinə görə epizootik vəziyyət sabitdir

Oktyabrın 20-də Azərbaycan ərazisində “quş qripi” xəstəliyi ilə bağlı növbəti monitorinq başlayıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən mətbuat xidmətinin məlumatına görə monitorinq köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçirilir. Eyni zamanda quşçuluq və şəxsi təsərrüfatlardan nümunələr götürüləcək.

Monitorinqin nəticələri bu il oktyabrın 31-də çıqlanacaq.

Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və quşçuluq təsərrüfatlarının nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları qapalı şəraitə keçirilməli, heyvanlarda özbaşına müalicə, peyvəndləmə və digər tədbirlər aparılmamalı, eləcə də heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır.

Köçəri və çöl quşlarının ovlanması, satılması və onlardan qida məhsulu kimi istifadəsi qəti qadağandır.

Dövlət Baytarlı Nəzarəti Xidməti bildirir ki, hazırda ölkədə “quş qripi” xəstəliyinə görə epizootik vəziyyət sabitdir.

XS
SM
MD
LG