Accessibility links

Fəallar Suriyanın şimalında hava hücumları nəticəsində 18 nəfərin öldüyünü bildirir


İdlibdə fəalların bildirdiyi kimi, Rusiyanın Türkiyə-Suriya sərhədində hava hücumundan sonra mənzərə
İdlibdə fəalların bildirdiyi kimi, Rusiyanın Türkiyə-Suriya sərhədində hava hücumundan sonra mənzərə

Suriya fəalları ölkənin şimalında hava hücumları nəticəsində 18 nəfərin öldüyünü, 40-dan çox insanın yaralandığını bildirib.

Hava hücumunun hədəfinin izdihamlı bazarın olduğu deyilir.

Qərargahı Britaniyada yerləşən Suriya İnsan Hüquqları Müşahidə qrupunun verdiyi məlumata görə, hücum Türkiyə sərhədindən 20 kim.-lik məsafədə yerləşən İdlib vilayətinin Ariha şəhərində baş verib.

Ərazi Əl-Qaidə ilə əlaqəsi olan Nusra Cəbhəsi də daxil olmaqla, islamçı döyüşlərin nəzarəti altındadır. Bu, İslam Dövləti qrupunun fəal olmadığı ərazidir.

Rusiya sentyabr ayından Suriyada hava hücumları kampaniyasına başlayıb.

Suriyada hava hücumları keçirən Birləşmiş Ştatlar və onun koalisiya üzrə tərəfdaşları Rusiyanı Suriyada İslam Dövləti qrupunu deyil, üsyançı döyüşçüləri hədəf aldığıan görə tənqid edib.

Bazar günü Dəməşqdə İranın yüksək səviyyəli müşaviri Əli Əkbər Vilayəti ilə görüşən Suriya prezidenti Bəşar Əl-Əsəd deyib ki, İran və Rusiyanın hökumət qüvvələrinə dəstəyinin artdığı vaxt onun opponentlərinin də maliyyə mənbələri və silahları artıb.

XS
SM
MD
LG