Accessibility links

Zöhrab İsmayıl: “Neftin qiyməti düşdükcə, problemlərimiz kəskinləşəcək” [Audio-müsahibə]


Zöhrab İsmayıl (Foto Zöhrab İsmayılın Facebook səhifəsindən götürülüb)
Zöhrab İsmayıl (Foto Zöhrab İsmayılın Facebook səhifəsindən götürülüb)

İqtisadi ekspert neft qiymətlərinin düşməsinin Azərbaycana təsdirlərini şərh edir

“Neft gəlirlərindən asılı olan ölkə kimi Azərbaycana bunun çox ciddi təsirləri olacaq. Bu təsirlər hələ bu ilin birinci yarısında neftin qiyməti təxminən 60 dollar və ondan yuxarı olanda belə özünü göstərməkdə idi”. Bu sözləri xam neftin bir barrelinin qiymətinin 50 dollardan aşağı düşməsini Amerikanın Səsinə müsahibəsində şərh edən iqtisadi ekspert Zöhrab İsmayıl deyib. Onun sözlərinə görə, neft gəlirlərinin azalması ilə bağlı bu ilin birinci rübündə Azərbaycanın büdcə gəlirləri 20 faiz kəsrlə icra olunub.

please wait

No media source currently available

0:00 0:12:30 0:00

“Faktiki olaraq ilin birinci yarısında Neft Fondu 4 milyard dollardan bir qədər artıq gəlir əldə edib və həmin gəlirin də hamısını xərcləyib. Eyni zamanda həmin dövrdə Neft Fondunun aktivlərinin həcmi də 4 faizə qədər azalıb. İndi neftin qiyməti daha aşağı getdikcə, problemlər kəskinləşəcək”.

“İyul ayında bu tendensiya yenidən başlayıb. Ötən ay təxminən 20 milyon dollar yenə azalma var. Düşünürəm ki, önümüzdəki aylarda, xüsusilə də neftin qiyməti 50 dollar səviyyəsində qalarsa, valyuta rezervlərinin azalması davam edəcək”.
Zöhrab İsmayıl

Ekspertin fikrincə digər mənfi təsirlər manatın məzənnəsinə ola bilər. Son iki ayda neft qiymətinin sabit qalması ilə məzənnədə də bir qədər sabitlik tendensiyası müşahidə edildiyini dilə gətirən Zöhrab İsmayıl deyir ki, bundan əvvəl isə keçən ilin dekabrından başlayaraq bu ilin aprel ayınadək Mərkəzi Bankın valyuta rezervləri 44 faiz azalıb.

“İyul ayında bu tendensiya yenidən başlayıb. Ötən ay təxminən 20 milyon dollar yenə azalma var. Düşünürəm ki, önümüzdəki aylarda, xüsusilə də neftin qiyməti 50 dollar səviyyəsində qalarsa, valyuta rezervlərinin azalması davam edəcək”.

Zöhrab İsmayılın sözlərinə görə, büdcə kəsrlərini artmasının qarşısını almaq üçün büdcə gəlirlərini artırmağı düşünmək lazımdır: “Neft gəlirləri azalırsa, qeyri-neft sektorundan büdcə gəlirlərini necə artırmaq barədə düşünmək lazımdır. Bu da sözlə, deklarasiya və bəyanatla həyata keçirilə bilməz. Bunun üçün Azərbaycan iqtisadiyyatında ciddi islahatlar tələb olunur”.

Neft qiymeti
Neft qiymeti

Ekspert deyir ki, Qərbin İranla razılaşmasından sonra İran neftinin bazara çıxması ehtimalı qiymətlərə öz təsirini göstərə bilər. Onun sözlərinə görə, burada söhbət yalnız Azərbaycandan getmir, eyni zamanda digər neft gəlirlərindən asılı olan ölkələrdən gedir. Ancaq o, qazın nəqlinə gəldikdə isə fərqli mövqenin ortaya çıxdığını deyir.

“Bu, Azərbaycanın qazla bağlı ümidlərinə öz mənfi təsirini göstərə bilər. Çünki Azərbaycan hökuməti düşünür ki, neft gəlirləri azalandan sonra buradakı azalmaların bir hissəsini Avropaya qaz nəql etməklə kompensasiya edə bilər. Çox böyük hasilatdan söhbət getməsə də, bu layihənin özünün də bu gün maliyyə çətinlikləri mövcuddur”.

Zöhrab İsmayılın fikrincə, digər tərəfdən də ortaya İran qazının Avropaya nəql edilməsi məsələsi də çıxarsa, bu çətinliklər daha da artacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski Rusiyanın hücumu fonunda Xarkivə səfər edib
please wait

No media source currently available

0:00 0:12:03 0:00
XS
SM
MD
LG