Accessibility links

Bakıda hərbi helikopter qəzaya uğrayıb


Bakıda hərbi helikopter qəzaya uğrayıb
please wait

No media source currently available

0:00 0:05:53 0:00

Fevralın 11-də səhər saatlarında Azərbaycan Müdafiə Nazirliyinin Mİ 17 hərbi helikopteri Bakının Şıx ərazisində qəzaya uğrayaraq dənizə düşüb. Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, hərbi helikopterin qəzaya uğraması nəticəsində ekipaj üzvləri kapitan Yaşar Əhmədov, baş leytenant Rüstəm Rüstəmov və leytenant Bəhruz Zeynalov həlak olmuşlar. Rüstəm Rüstəmovun meyiti dənizdən çıxarılıb, digərlərinin tapılması istiqamətində isə axtarışlar davam edir. Hadisənin şahidi Amerikanın Səsinə bildirib ki, helikopter dumanlı havada qəzaya uğrayıb. “Hərbi helikopter dənizə daş kimi buludların arasından düşdü. Helikopter sahildən bir neçə yüz metrlikdə olan neft neft buruğunun yanına düşdü”, deyə şahid qeyd edib.

XS
SM
MD
LG