Çinin baş naziri Li Ketsian deyir ki, dünyanın ikinci ən böyük iqtisadiyyatı bu il böyük mücadilə ilə üzləşəcək. Çin yavaşlayan iqtisadiyyat və Birləşmiş Ştatlarla davam edən ticarət müharibəsi ilə mübariə apardığı bir vaxt böyük çətinliklər və risklərlə üzləşir.
Biz bu il inkişafı davam etdirərkən daha çətin vəziyyət, habelə həm həcm həm də sayda daha böyük risklər və çətinliklərlə üzləşəcəyik. Biz sərt mübarizəyə tam hazır olmalıyıq.Li Ketsian
Çinin Milli Xalq Konqresi qarşısında hökümətin apardığı işlərlə bağlı hesabat verən Li Ketsian nümayəndə heyətlərinə iqtisadiyyatı canlandırmaq üçün vergiləri azaltmaq və diqqəti innovasiyaya yönəltmək planlarından bəhs edib. O həmçinin Pekinin iqtisadi artım hədəfini 6 ilə 6.5 faiz arasında təyin edildiyini söyləyib.
Linin nitqinin tonu təmkinli olub və o, “sabitləşdirmək” və ya “stabillik” sözlərindən 70 dəfədən çox istifadə edib. O, fond birjasını, maliyyə sektorunu, işsizlik səviyyəsini, gözləntiləri, xarici və yerli invesitisiyanı və əlbəttə ki, Birləşmiş Ştatlarla ticarət gərginliklərini sabitləşdirməyin vacibliyindən bəhs edib.
“Biz bu il inkişafı davam etdirərkən daha çətin vəziyyət, habelə həm həcm həm də sayda daha böyük risklər və çətinliklərlə üzləşəcəyik. Biz sərt mübarizəyə tam hazır olmalıyıq”, Li Ketsian deyib.
Ticarət gərginlikləri və tariflər Pekinin üzləşdiyi digər çətinliklər arasındadır. Birləşmiş Ştatlar texnologiya nəhəngi Huawei-in baş maliyyə direktorunun ekstradisiyasını tələb etməsi eləcə də şirkət və şirkətin Çinin avtoritar höküməti ilə əlaqələri ilə bağlı narahatlıqları bu çətinliklər arasındadır.
Lakin ABŞ və Cin rəsmiləri hələ də iki tərəfin razılıq əldə edəcəyinə dair nikbindir. Dövlət katibi Mayk Pompeo bazar ertəsi bildirib ki, o, gələcək günlər və həftələrdə mühüm irəliləyişin olacağına ümid bəsləyir.
Pekinin illik siyasi iclasları çərçivəsində çıxış edən Çinin ticarət naziri Jonq Şan deyib ki, iki ölkə hələ də ortaq məxrəcə gəlməlidir.
“Hazırda işçi komandalar danışıqları davam etdirir və bizim görüləsi çox işimiz var. Ən əsası isə biz Çin və Birləşmiş Ştatların orta məxrəcə gəlib, bir yerdə işləməsini istəyirik”, o söyləyib.
Çinin bu il Milli Xalq Konqresinin iclasları zamanı ilk Xarici Sərmaye Qanununu təsdiqləyəcəyi gözlənilir. Li deyir ki, Çin iqtisadi artımın yavaşladığı bir vaxt yerli şirkələri dəstəkləmək üçün şirkətlərin vergilərini və sosial sığorta xərcərini təxminən 300 milyon dollar azaldacaq.
O həmçinin deyir ki, hökümət xərclərini artıracaq və büdcə siyasətini daha proaktiv edəcək.
Pekin bu il həm də hərbi xərclərini 7.5 faiz artıraraq 177 milyard dollara çatdıracaq. Təhlilçilər deyir ki, real rəqəm isə bundan daha çoxdur. Amma Pekinin açıqlağını məbləğə əsasən Çinin ordu üçün nəzərdə tutduğu büdcə hələ də Hindistanın hərbi xərclərindən üç dəfə çoxdur, ancaq təkcə ötən il müdafiəyə 700 milyard dollar pul xərcləyən Vaşinqtondan azdır.