Xüsusi Çıxış İmkanı
Xüsusi Çıxış İmkanı
508-ci Bölmə
Xüsusi çıxış imkanı
Birləşmiş Ştatlar Qlobal Media Agentliyinin (USAGM) həm ictimaiyyət üzvləri, həm də federal işçilər arasında fiziki məhdudiyyəti olaninsanları veb səhifələrimizə çıxışla təmin etmək öhdəliyi var.
Bu öhdəliyi yerinə yetirmək üçün biz Reabilitasiya Aktının 508-ci Bölməsinin tələblərinə əməl etməliyik. 508-ci Bölməyə əsasən, biz bizdən məlumat və ya xidmət əldə etmək istəyən fiziki məhdudiyyətləri olan ictimaiyyət üzvlərini fiziki məhdudiyyəti olmayan insanlar kimi məlumat və datalara çıxışla və bu məlumatlardan istifadə etmək imkanı ilə təmin etməliyik, üzərimizə həddindən artıq yükün yükləndiyi hallar istisna olmaqla.
508-ci Bölməyə əsasən bizdən həmçinin, üzərimizə həddindən artıq yükün yükləndiyi hallar istisna olmaqla, fiziki məhdudiyyəti olan federal işçilərin də fiziki məhdudiyyəti olmayan federal işçilər kimi məlumat və datalara çıxışlarını və onlardan istifadələrini təmin etməyimiz tələb olunur.
Əgər veb saytımızdakı hər hansı materialın formatı Reabilitasiya Aktında qeyd olunan fiziki məhdudiyyət səbəbilə sizin məlumata çıxışınıza maneə törədirsə, sizin yardım üçün bizə müraciət etməyiniz xahiş olunur.
Bizim sizə ən faydalı şəkildə cavab verməyimiz üçün müraicətinizdə çıxışla bağlı hansı problemi yaşadığınızı, materialı hansı formatta əldə etmək istədiyinizi, problemlərlə qarşılaşdığınız materialın veb ünvanını (URL) və əlaqə məlumatlarınızı qeyd etməyiniz xahiş olunur.
508-ci Bölmə ilə Bağlı Şikayət Prosedurları
2001-ci ildə qüvvəyə minən 1973-cü il Reabilitasiya Aktının (ABŞ Kodeksi, 36 § 794d) 508-ci Bölməsinə düzəlişlərə əsasən hər bir federal idarə həmin idarədən məlumat və ya xidmət əldə etmək istəyən fiziki məhdudiyyətli federal işçilərin və ya federal iş yerlərinə namizədlərin, habelə ictimaiyyət üzvlərinin idarənin istehsal etdiyi, əldə etdiyi, saxladığı və ya istifadə etdiyi elektron və informasiya texnologiyasına çıxışlarının olmasını təmin etməlidir. 508-ci Bölmə şəxslərə idarəyə qarşı inzibati şikayətlər və ya iddialar irəli sürmək səlahiyyəti verir, lakin bu səlahiyyət xüsusi çıxış imkanı təmin edən texnologiyanı əldə edə bilməməklə bağlı şikayətlərlə məhdudlanır. Qanuna əsasən federal idarələrin 508-ci Bölmə şikayətlərini 504-cü bölmə şikayətləri ilə eyni prosedura müvafiq şəkildə nəzərdən keçirmələri tələb olunur.
Əgər siz ictimaiyyət üzvüsünüzsə, Birləşmiş Ştatlar Qlobal Media Agentliyinin işçisisinizsə, və ya idarəyə iş üçün müraciət etmisinizsə, sizin fiziki məhdudiyyətiniz varsa və 1973-cü il Reabilitasiya Aktının 508-ci Bölməsinə düzəlişə əməl olunmaması ilə bağlı şikayət etmək istəyirsinizsə, insidentdən sonra 180 gün ərzində aşağıdakı ünvana yazılı şəkildə imzalı şikayətinizi göndərə bilərsiniz:
United States United States Agency for Global Media (USAGM)
Voice of America (VOA)
Chief Information Officer (OCIO)
ATTN: VOA Section 508 Complaints Program Manager
330 Independence Ave SW
Washington, D.C. 20223
Sizin şikayətinizdə 508-ci Bölməsinə müvafiq qaydada xüsusi çıxış imkanı əldə edə bilməməyinizlə bağlı kifayət qədər detal olmalıdır ki, Bərabər İmkan İdarəsi nəyin, harada və nə zaman baş verdiyini və USAGM-in buna görə məsuliyyət daşıdığı güman olunan idarəsini müəyyən edə bilsin.
Reabilitasiya Aktının 508-ci Bölməsinə müvafiq olaraq proqramlarla bağlı şikayətləri Birləşmiş Ştatlar Qlobal Media Agentliyinin Vətəndaş Hüquqları İdarəsi təhqiq edir. Fiziki məhdudiyyəti olan insanlar Birləşmiş Ştatlar Qlobal Media Agentliyinin Vətəndaş Hüquqları İdarəsinə inzibati şikayətlər göndərə və 508-ci Bölmənin standartlarına əməl etməyən bütün informasiya və kommunikasiya texnologiyalarının, o cümlədən USAGM-nin vebsaytları və sənədlərinin nəzərdən keçirilib, 508-ci Bölmənin müddəalarına uyğunlaşdırılmasını tələb edə bilər.
Birləşmiş Ştatlar Qlobal Media Agentliyi sizin şikayətini nəzərdən keçirib, həll yolu tapmağa çalışacaq. Əgər heç bir həll yolu tapılmasa, sizə təhqiqatın nəticələri ilə bağlı məktub göndəriləcək. Əgər siz məktubda yer alan tapıntılarla razılaşmasanız, sizə inzibati apelyasiya proseduru təqdim olunacaq. Əgər siz məktubla bağlı apelyasiya şikayəti etsəniz, USAGM bütün prosedura əsaslanan yekun qərar verəcək. Bu qərarda tapıntılar, məslənin həlli üçün tələb olunan hər hansı tədbirlər və bu qərarın arxasındakı səbəblər sadalanacaq.
Şikayət Etməyin Alternayiv Yolları: Birləşmiş Ştatlar Qlobal Media Agentliyi şikayətlərini irəli sürmək üçün yardıma ehtiyacı olan insanları müvafiq köməklə təmin edəcək və altenartiv yollarla irəli sürülən şikayətləri də nəzərdən keçirəcək. Məsələn, fiziki məhdudiyyəti olan şikayətçi şikayətini elektron, audio yazı, Brayl əlifbası və ya başqa formatda təqdim edə bilər. Elektron şikayətlər section508@voanews.com ünvanına göndərilməlidir.