Accessibility links

Çinin Hərbi Dəniz Donanması ABŞ təyyarəsini lazer silahı ilə hədəf alıb


P-A1 Poseidon təyyarəsi

Birləşmiş Ştatların Hərbi Dəniz Donanması bildirir ki, Çinin Hərbi Dəniz Donanması keçən həftə Quamdan təqribən 600 kilometr qərbdə Filippin dənizi üzərində uçarkən ABŞ patrul təyyarəsini lazer silahı ilə hədəf alıb.

ABŞ-ın Sakit Okean Donanması verdiyi açıqlamada Çin gəmisinin lazer silahından təlim məqsədi ilə" təhlükəli" və "peşəkar olmayan şəkildə" Amerikanın P-8A Poseidon təyyarəsinə qarşı istifadə olunduğunu bildirir. Donanama bildirir ki, P-8 həmin zaman "beynəlxalq hava məkanında beynəlxalq qaydalara uyğun olaraq" hərəkət edirdi.

Açıqlamada həmçinin qeyd olunur ki, Çinin bu addımı 2014 cü ildə razılaşdırılmış çoxtərəfli - Dənizdə Planlaşdırılmamış Qarşılaşma Aktını eləcə də, ABŞ və Çin müdafiə nazirlikləri arasında hava və dəniz məkanlarında qarşıdurma ilə bağlı əldə olunan Anlaşma Memorandumuna ziddidir.

Lazer silahı P-8A təyyarəsindəki sensorlar sayəsində müəyyən edilib və onu gözlə görmək mümkün olmayıb.

Hərbi Dəniz Donanması bildirir ki, "Lazer silahının təyyarələrə və gəmilərə, habelə hava və dəniz sistemlərinə ciddi zərər vurmaq ehtimalı var".


P-8A Poseidon Yaponiyanın Okinava bölgəsindəki Kadena Hərbi Hava Bazasına yerləşdirilib. ABŞ-ın 7-ci Donanma bölgəsində gündəlik əməliyyat, dəniz patrulu və kəşfiyyat işləri aparır.

XS
SM
MD
LG