Accessibility links

Çin idxalını artırmağı planlaşdırır


Çin idxalını artırmağı planlaşdırır
please wait

No media source currently available

0:00 0:02:31 0:00

Çin növbəti on ildə idxalları artırmaq üçün istehlakçı ordusundan istifadə edəcəyini bildirib. Ölkə növbəti 15 il ərzində 45 trilyon dollar dəyərində məhsul və xidmət idxal edəcəyini vəd edib. Lakin təhlilçilər deyir ki, artan məişət borcu, tənəzzülə doğru gedən iqtisadiyyat və zəifləyən valyuta, habelə Birləşmiş Ştatlarla ticarət münaqişələri fonunda bunu etmək asan olmayacaq.

İnsanlar söhbət edir, sosial mediada ticarət müharibələri, valyutanın devalvasiyası ilə bağlı müzakirələr tamamilə şəffafdır və bu, narahatlıq doğurur. Bundan əlavə gəlirin də yüksək deyilsə, özünə belə sual verirsən: Mən yeni maşını indi alım, yoxsa bir az gözləsəm yaxşıdır?
Daniel Zipser

Çin uzun zamandır dünyanın ən böyük ixracatçısıdır. İndi isə dünyanın ən böyük idxalçısı olmaq arzusundadır.

Xarici mallara tətbiq olunan böyük tariflərə baxmayaraq, Çin ötən il 1.8 trilyon dollar dəyərində məhsul idxal edib. Bu isə onu 15 il ərzidə 30 trilyon dollarlıq mal idxal etmək məqsədinə yaxınlaşdırır.

Amerikanın Səsinə danışan Şanxay sakinləri idxalı təhlükəsiz ərzaqlardan tutmuş meyvə və elektronikaya kimi hər şeyin əsas mənbəyi olaraq görür.

“Bizim aldığımız idxal olunan mallar ərzaqlar və sağlam qidalardır. Biz Danimarkadan yulaf sıyığı, oyuncaqlar və süd alırıq”, Şanxay sakini bildirib.

“Keçmişdə insanların idxal olunan malları almağa imkanları çatmırdı, amma maaşlar artdıqca insanlar da daha çox idxal olunan mal alır”, digər bir sakin deyib.

Dünyanın ikinci ən böyük iqtisadiyyatı idxal məqsədinə çatmaq üçün yavaş, amma davamlı şəkildə inkişaf etməlidir. Bu isə getdikcə çətinləşir.

İlin ilk yarısında istehlak çox güclü idi. Lakin üçüncü rübdə ölkə son iyirmi ilin ən pis vəziyyətinə düşüb. Çin səhmlərinin qiyməti yanvar ayından bəri azalıb, ABŞ-la ticarət müharibəsi isə daha da genişmiqyaslı iqtisadi narahatlıqlara yol açır.

Ölkənin bəzi hissələrində istehlakçılar kəmərlərini sıxırlar. Daha zəngin sahilyanı ərazilərdəki insanlar isə “gözləyib, müşahidə etmək” yanaşmasına üstünlük verir.

“İnsanlar söhbət edir, sosial mediada ticarət müharibələri, valyutanın devalvasiyası ilə bağlı müzakirələr tamamilə şəffafdır və bu, narahatlıq doğurur. Bundan əlavə gəlirin də yüksək deyilsə, özünə belə sual verirsən: Mən yeni maşını indi alım, yoxsa bir az gözləsəm yaxşıdır?” - deyə, McKinsey & Company şirkətinin əməkdaşı Daniel Zipser bildirib.

Çində İdxal Yarmarkası
Çində İdxal Yarmarkası

Zipper deyir ki, qeyri-müəyyənlikləri nəzərə aldıqda, növbəti 6-9 ay yavaş keçəcək. Lakin o, 2-3 il sonra Çində istehlakın artacağından əmindir. Digəri isə onun qədər nikbin deyil.

Buna təsir göstərəcək əsas məsələlərdən biri də prezident Donald Tramp və Şi Tsinpinin aralarındakı mübahisəyə həll yolu tapıb-tapmayacaqlarıdır. İki liderin bu ayın axırı görüşəcəyi gözlənilir.

Onlar arasında razılıq Amerikaya ixrac olunan bütün Çin mallarına daha yüksək tariflərin tətbiqinin qarşısını ala bilər. Lakin bəziləri ticarət müharibəsinin hələ uzun müddət davam edəcəyini təxmin edir. Bu ticarət müharibəsi nə qədər uzun çəksə, onun istehlakçılara təsiri də bir o qədər yüksək olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG