Accessibility links

Çin və ABŞ diplomatları arasında pandemiyanın mənşəyi və insan haqları mövzusunda qarşıdurma yaşanıb


ABŞ və Çinin yüksək səviyyəli diplomatları arasında kəskin söz mübadiləsi olub. Pekin ABŞ-a onun daxili işlərinə müdaxilə etməyə son qoymasını söylədiyini bildirib və Vaşinqtonu COVID-19 pandemiyasının mənbəyi ilə bağlı araşdırmanı siyasiləşdirməkdə günahlandırıb.

Çinin baş siyasi müşaviri Yanq Jieçi və dövlət katibi Antoni Blinken arasında cümə günü telefon görüşü baş tutub və həmin telefon danışığında tərəflər arasında bir neçə mübahisəli məsələ, o cümlədən Honq Konqda azadlıqların məhdudlaşdırılması və Sincan regionunda müsəlmanların kütləvi həbsi üzərində geniş fikir ayrılıqları üzə çıxıb.

SARS-CoV-2 virusun mənbəyi ilə bağlı daha ətraflı araşdırmanın aparılmasına dair çağırışlar Çində xüsusi həssaslıqla qarşılanıb, çünki virusun, ilk aşkar olunduğu Çinin mərkəzi Vuhan şəhərində laboratoriyadan sızdığına dair düşüncələr mövcuddur.

Yanq deyib ki, virusun Vuhan laboratoriyasından çıxdığına dair “cəfəng” hekayələr Çini “ciddi şəkildə narahat” edir.

"Çin epidemiyanı bəhanə edərək Çinə böhtan atmaq və günahı Çinin üzərinə atmaq üçün hər hansı mənfur addımların qəti əleyhinə çıxır,” rəsmi Xinhua Xəbər Agentliyi Yanqa istinadən bildirib.

“Birləşmiş Ştatlarda bəzi insanlar virusun Vuhan laboratoriyasından sızması ilə bağlı cəfəng hekayələr uydurublar və bunlar Çini ciddi şəkildə narahat edir,” Yanq deyib. “Çin Birləşmiş Ştatları faktlara və elmə hörmət göstərməyə, COVID-19-un mənbəyi ilə bağlı araşdırmanı siyasiləşdiməkdən çəkinməyə və diqqəti pandemiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığa yönəltməyə çağırır.”

Dövlət Departamenti bildirib ki, “Blinken virusun mənbəyi ilə əlaqədar əməkdaşlıq və şəffaflığın, o cümlədən ÜST-nın ekspertlərinin rəbərliyi ilə Çində 2-ci faza təhqiqatın aparılmasının vacibliyini vurğulayıb.”

ABŞ və başqaları Çini virusun mənbəyi və necə yayılması ilə bağlı ətraflı təhqiqatın aparılmasına imkan yaradacaq xam məlumatlar və təsislərə çıxış verməməkdə günahlandırıb.

Bundan əlavə digər mübahisəli məsələlərə Honq Konq, Tayvan və Çinin Kanadanın texnologiya nəhəngi Huawei-in rəsmisini həbs etməsinə cavab olaraq iki Kanada vətənaşını ixtiyari şəkildə həbs etməsi daxildir.

ABŞ “Sincanda sabitliyi və birliyi sabotaj etmək üçün Sincanla bağlı müxtəlif yalanlar uydurub, və bu yalanlar doğru ilə yanlışı çaşdırır və tamamilə absurddur. Çin bu cür əməllərin qəti əleyhinədir,” Yanq deyib.

Yanq bildirib ki, “Honq Konq məsələsi tamamilə Çinin daxili məsələsidir” və keçmiş Britaniya müstəmləkəsinə tətbiq olunan milli təhlükəsizlik qanunu pozanlar “cəzalandırılmalıdır.”

Blinken isə ABŞ-ın Honq Konqda demokratik normaların pisləşməsi və “Sincanda əsasən müsəlman uyğurlar və digər etnik və dini azlıq qruplara qarşı soyqırım və insanlıq əleyhinə cinayətlər”lə bağlı narahtlığını ifadə edib. Bu barədə Dövlət Departamenti məlumat verib.

O həmçinin Pekini Tayvana qarşı təzyiqi azaltmağa çağırıb. Çin ərazisinin bir parçası olduğunu iddia etdiyi, özü idarə olunan ada demoratiyasını lazım olsa güclə ilhaq etməklə hədələyir.

Xinhua-nın məlumatına görə, Yanq deyib ki, Tayvan Çinin “əsas maraqları”ndadır və Pekin “milli suverenliyi və ərazi bütövlüyünü” möhkəm şəkildə müdafiə edir.

XS
SM
MD
LG