Accessibility links

Çində karantin üçün istifadə olunan hotel çöküb


Çində hotel çöküb

Çinin cənub-şərqində yerləşən Quancu şəhərində koronavirusdan karantin üçün istifadə olunan beş mərtəbəli hotel binasının çökməsi nəticəsində təxminən 30 nəfər binanın altında qalıb. Bu barədə dövlət mediası xəbər verib.

Quançu bələdiyyəsi binanın çökməsindən dörd saat sonra Quanzhou Xinjia Hotelində olan 70-ə yaxın insandan 38-nin xilas olunduğunu bildirib.

Dövlətin dəstəklədiyi Beijing News vebsaytında yayımlanan videoda narıncı forma geyinmiş xilasedicilərin dağıntılar arasında axtarış apardıqları və xərəklərdə insanları təcili tibbi yardım maşınlarına doğru apardıqları göstərilib.

Hotel şənbə günü yerli vaxtla axşam təxminən saat 7:30-da çöküb.

"Mən yanacaqdoldurma məntəqəsində idim və yüksək səs eşitdim. Yuxarı baxdım və bütöv binanın çökdüyünü gördüm. Hər yeri toz bürümüşdü və havada şüşə parçaları uçurdu,” deyə bir şahid Miaopai applikasiyasına yerləşdirilən videoda deyir.

Soyadının Çen olduğunu söyləyən bir qadın Beijing News vebsaytına deyib ki, onun bacısı daxil olmaqla bir neçə qohumu Hubei vilayətindən dönəndən sonra yerli qaydalara əsasən hoteldə karantin altına alınmışdı.

O deyib ki, onlar çox yaxında 14 günlük karnatin müddəti başa çatdıqdan sonra hoteli tərk etməli idilər.

“Mən onlarla əlaqə qura bilmirəm, onlar telefonlarını açmırlar,” o söyləyib.

Bələdiyyə hadisə yerində kran və ekskavator kimi 36 xilasetmə avadanlığının, 67 yanğınsöndürmə maşınının, 15 təcili tibbi yardım maşının və 700-dən çox yanğınsöndürən, tibbi və digər xilasetmə işçilərinin olduğunu bildirib.

Quancu Fucian vilayətində yerləşən 8 milyon əhalisi olan liman şəhəridir.

Rəsmi People’s Daily qəzeti hotelin 2018-ci ilin iyun ayında açıldığnı və 80 otağının olduğunu bildirib.

Beijing News-un videosu Çinin Weibo sosial media şəbəkəsində 2 milyondan çox dəfə izlənib.

Weibo-nun bəzi istifadəçiləri hotelin çökməsinin səbəbi ilə bağlı istintaqın başladılmasına çağırıb.

Çində insanlar rəsmilərin koronavirusla mübarizə səylərinə görə qəzəblidir. Virus səbəbilə dünya boyu 3300-dən çox insan ölüb. Ölüm hallarının çoxu Çində baş verib.

Fucian vialyətinin höküməti cümə günü bildirib ki, vilayətdə 296 yoluxma halı qeydə alınıb, 10.819 insan isə virusa yoluxan insanlarla yaxın əlaqələri olduğunu üçün nəzarət altına alınıb.

XS
SM
MD
LG