Accessibility links

Özbəkistanda su bəndi uçub, on mindən çox sakin evakuasiya edilib


Özbəkistanın Sidaryo bölgəsindəki Sardoba su bəndinin bir hissəsinin uçması nəticəsində axan su düzənlik ərazilərdəki kəndləri ağuşuna alıb.

Rəsmilər bildirir ki, mayın 1-də Sidaryo çayındakı bənddə yerli vaxtla təxminən saat 6-da nasazlıq yarandıqdan sonra 11 600 sakin təxliyə edilib.

Azadlıq Radiosunun əldə etdiyi videogörüntülərdə 29 metr hündürlüyündəki beton konstruksiyanın bir hissəsində boşluq və yaxınlıqdakı kəndlərə axan su görünür.

Rəsmilər Azadlıq Radiosuna deyiblər ki, bu uçuq bəndin strukturunu zəiflədib. Bunun bütün bəndin dağılmasına səbəb ola biləcəyindən narahatdırlar. Özbəkistan prezidenti Şavkat Mirziyoyev mayın 1-də su basmış kəndlərin boşaldılmasından sonra əraziyə baş çəkib.

Azadlıq Radiosunun özbək xidməti bildirir ki, Sardoba bəndinin tikintisi 2010-cu ildə başlamış və 2017-ci ildə başa çatdırılmışdır. Tkintini dövlət həyata keçirib.

Özbəkistan bəndin yerləşdiyi bölgədə su elektrik stansiyasının inşası üçün Çinlə 23 milyon dollarlıq müqavilə imzalayıb. Müqaviləyə əsasən stansiyanın inşası 2022-ci ildə başa çatmalı idi.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG