Accessibility links

ÜST Çində COVID-19-la bağlı araşdırmanın nəticəsini yayımlamayacaq


Wall Street Journal qəzetində yayımlanan hesabatda deyilir ki, bu yaxınlarda COVID-19 virusunun ortaya çıxmasının mənşəyini müəyyənləşdirmək üçün Çini ziyarət edən Ümumdünya Səhiyyə Təşkilatının tətqiqatçıları araşdırmaları barədə vəd etdikləri aralıq hesabatı yaymayacaqlar.

Cümə axşamı nəşr olunan hesabatda ÜST komandasının “Pekin və Vaşinqton arasındakı gərginliyin fonunda” müvəqqəti olaraq hesabatı yayımlalamaq barədə qərar verdiyi bildirilir.

Lakin digər tərəfdən başqa bir beynəlxalq alimlər qrupu ÜST-nı COVID-19-un mənşəyi ilə bağlı yeni bir araşdırma aparmağa çağırıb.

Yeni bir araşdırma aparmağa çağıran alimlər cümə axşamı açıq məktubda ÜST komandasının "tam və məhdudiyyətsiz bir araşdırma aparmaq üçün mandata, müstəqilliyə və ya lazımi girişlərə sahib olmadığını" bildirib. Alimlər məktublarında ÜST-nın Çindəki araşdırmaçılarına çinli həmkarlarının da qoşulduğunu qeyd edirlər.

The Guardian nəşri isə Papua-Yeni Qvineyada yoluxmaların artması səbəbindən xəstəxanaların büdcəsi bitib və onlar "qapılarını bağlayıblar".

Ölkədə fevral ayı ərzində cəmi 124 yeni yoluxma qeydə alınmışdısa, təkcə martın 4-də 108 yoluxma halı qeydə alınıb.

The U.S. Food and Drug Administration issued a public warning Thursday about thermal imaging devices or scanners used by many businesses to measure elevated temperature, a COVID symptom.

Bu arada ABŞ-ın Ərzaq və Dərman İdarəsi COVID-19-un simptomlarından biri olan yüksək hərarəti ölçmək üçün istifadə olunan termal termometrlər və skanerlər barədə ictimai xəbərdarlıq edib. Agentlik bildirir ki, "cihazlardan düzgün istifadə edilməməsi və başqa müxtəlif amillər səbəbilə səhv temperatur göstəriciləri alına bilər". Bu səbəblə agentlik “təsdiqlənməmiş, təmizlənməmiş və icazəsiz termal görüntüləmə sistemlərini satışa təqdim edən şirkətlərə “bir neçə xəbərdarlıq məktubu” göndərdiyini də bildirib.

Cons Hopkins Universitetinin Koronavirus Resurs Mərkəzinin cümə gününə olan hesabatında dünya boyu COVID-19-a ümumi yoluxmaların sayının 155 milyondan çox olduğu bildirilir. Hələlik ABŞ 29 milyondan çox yoluxma ilə ilk yerdədir. Ondan sonra gələn Hindistanda bu göstərici 11 miliyon, Braziliyada isə 10,7 miliyondur.

XS
SM
MD
LG