Accessibility links

Şaxtalı havaların səbəbi Qütb Burulğanıdır


Çikaqo çayı. 29 yanvar, 2019

ABŞ-da qeydə alınmış ən soyuq havalardan sonra cümə axşamı yüz milyonlarla amerikalı gündəlik həyatlarına geri dönməyə çalışır.

Rəsmilərin sözlərinə görə, Alyaska və Havay istisna olmaqla, ölkənin 85% -dəki temperatur dondurucu dərəcənin altındadır.

Viskonsin ştatının Qrand Çuta adlanan ərazisində havaya atılan qaynar su bir neçə saniyənin içərisində buz parçalarına çevrilir.

Meteoroloqlar soyuq havaya görə Şimal Qütbündən cənuba doğru irəliləyən Qütb Burulğanını (Polar Vortex) günahlandırırlar. Onların fikrincə dondurucu şaxta ilə müşaiyət olunan burulğanın Şimali Amerikanın cənublarına qədər irəliləməsinin səbəbi Şimali Afrikadan gələn səhra küləyinin onu sıxışdırmasıdır.

Lakin bu şaxtalı hava şəraiti qarşıdakı bir neçə gün ərzində ABŞ-ın şərq və mərkəzi ştatlarında havanın temperaturunun 12-15 dərəcəyə çatması ilə tarix olacaq.

XS
SM
MD
LG