Accessibility links

Şimali Koreya yeni ildə ilk ballistik raketi sınaqdan keçirib


Cənubi Koreya və Yaponiyanın bildirdiyinə görə, Şimali Koreya yeni ildə ilk silah sınağını keçirərək, çərşənbə günü ballistik olduğu ehitmal edilən raket buraxıb.

Cənubi Koreya hərbi qüvvələri Şimali Koreyanın Caqanq vilayətinin şərq sahillərindən dənizə doğru ballistik raket kimi görünən bir raket atdığını bildirib. Yaponiyanın müdafiə naziri Nobuo Kişinin dediyinə görə, raket təxminən 500 kilometr məsafəni qət edib.

Bununla bağlı ətraflı məlumat verilməyib. Şimali Koreya adətən ertəsi gün dövlət qəzetlərində sınaqları ilə bağlı məlumat verir.

Bu, Şimali Koreyanın oktyabr ayında sualtı qayıqdan buraxılan ballistik raket sınağından sonra keçirdiyi ilk sınaqdır. Şimali Koreya 2019-cu ilin ortalarından Kim Conq Un və ABŞ-ın keçmiş prezidenti Donald Tramp arasında nüvə danışıqlarının dayandırılmasından qısa müddət sonra tez-tez qısamənzilli ballistik raketlərini sınaqdan keçirib.

Yaponiyanın Baş naziri Fumio Kişida çərşənbə günü jurnalistlərə deyib ki, raket sınaqları “həqiqətən təəssüf doğurur”. Fövqəladə iclas keçirən Cənubi Koreya Milli Təhlükəsizlik Şurası da narahatlığını ifadə edərək, Şimali Koreya ilə danışıqları tez bir zamanda bərpa etməyin vacibliyini vurğulayıb.

Raket sınağı Kimin ilin sonunda etdiyi çıxışı zamanı Şimali Koreyanın yeni ildə xarici siyasətinin əass istiqaməti ilə bağlı açıqlamalarından bir neçə gün sonra keçirilib. Əsasən ölkəsinin iqtisadiyyatı ilə bağlı planlara diqqət yetirən Kim “qeyri-sabit” beynəlxalq vəziyyətin öhdəsindən gəlmək üçün milli müdafiəni gücləndirməyə davam edəcəyinə də söz verib.

BMT Təhlükəsizlik Şurasının bir sıra qətnamələri ilə Şimali Koreyaya məsafəsindən asılı olmayaraq ballistik raketlərlə bağlı hər hansı fəaliyyət qadağan edilir. Lakin 2019-cu ildən bəri Birləşmiş Ştatlar çox ehtimal ki, gələcək danışıqların baş tutması üçün Şimalın qısamənzilli raket sınaqlarına böyük əhəmiyyət vermir.

Dünyaya Baxış

Dünyaya Baxış. Federal Təhqiqatlar Bürosu Trampın iqamətgahında axtarış aparıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00
XS
SM
MD
LG