2017-ci ildən bəri Şimali Koreya liderinin ögey qardaşını öldürməkdə şübhəli bilinərək Malayziyada həbsdə olan indoneziyalı qadın bazar ertəsi azadlığa buraxılıb.
Şah Alam Ali Məhkəməsi Siri Aisyahı ona bəraət qazandırmadan həbsdən azad edib. Buna səbəb malayziyalı prokurorların heç bir səbəb irəli sürmədən ona qarşı cinayət ittihamını aradan qaldırması olub.
"Mən çox xoşbəxtəm. Mən bu günün azadlığa qovuşacağım gün olacağını gözləmirdim", Siti Aisyah deyib.
Siti Aisyah və vyetnamlı Doan Ti Huonq 2017-ci ilin fevralın 13-də Kuala Lumpur hava limanında Kim Yonq Namın üzünə VX əsəb-sinir mayesi atmaqda ittiham olunub.
Bu qadınlar şimali koreyalı şübhəlilərin Kim öldürülən gün ölkəni tərk etməsindən sonra ölkədə qalan yeganə şübhəlilər idi.
Kim Conq Nam Şimali Koreyanın hakim ailəsinin böyük oğlu idi. O, illərdir xaricdə yaşasa da, Şimali Koreya lideri Kom Conq Unun hakimiyyətinə hədə olaraq görülürdü.
Qadınların vəkilləri deyib ki, onlar Şimali Koreyanın Kuala Lumpurdakı səfirliyinin əli olduğu siyasi qətldə oyuncaq olublar.
Məhkəmə aylarla davam edən ləngitmələrdən sonra Huonqun dinləməsini bazar ertəsinə təyin edib, lakin daha sonra məhkəmə təxirə salınıb.
Siti Aisyahın vəkilləri onun yaxın zamanda Cakartaya ucacağının gözlənildiyini söyləyib.