Şimali Koreya onun təhlükəsizliyi və inkişafına müəyyən edilməmiş “təhlükələr və əngəllər” ünvanlandığı təqdirdə Birləşmiş Ştatlarla nüvəsizlişdirilməyə dair danışıqlara hazır ola bildiyini bildirib.
Bu açıqlama Şimali Koreyanın Xarici İşlər Nazirliyi tərəfindən bazar ertəsi verilib. Birləşmiş Ştatlar rəsmiləri Pxenyanla uzun zamandır ləngidilən danışıqların başlanacağına ümid bəsləyir.
Şimali Koreyanın Xarici İşlər Nazirinin müavini Co Son Hui bir həftə əvvəl Pxenyanın bu ayın sonu ABŞ rəsmiləri ilə “ətraflı müzakirələr” aparmaq istədiyini bildirib.
Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyinə əsasən, Xarici İşlər Nazirliyi açıqlamasında danışıqların başlanması üçün mümkün tarixi daha irəliyə çəkərək, müzakirələrin “bir neçə həftə bundan sonra gözlənildiyini” bəyan edib.
Pxenyan ABŞ-ı danışıqlar masasına “yeni hesablama yolu” ilə gəlməyə çağıraraq, ilin sonuna qədər möhlət qoyub. Şimalın bundan sonra təxribatlarını artıra bilər.
Şimali Koreyanın bəzi rəsmiləri həmçinin Pxenyanın son bəyanatına uyğun olaraq, Birləşmiş Ştatlardan qeyd edilməmiş təhlükəsizlik qarantiyaları almaqda maraqlı olduğuna işarə edib.
Birləşmiş Ştatlar və Şimali Koreya arasında danşıqlar fevral ayında ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Conq Un arasında sammitin nəticəsiz başa çatmasından sonra dayandırılıb. Kim nüvə proqramının qismən dayandırılması müqabilində sanksiyaların yüngülləşdirilməsini tələ edib. Tramp bundan daha geniş razılığın əldə edilməsini istəyirdi.