Accessibility links

Şimali Koreya yaxında ABŞ-la nüvə danışıqlarını bərpa etmək niyyətində olmadığını bildirib


Pxenyan
Pxenyan

Şimali Koreya şənbə günü bildirib ki, əgər Vaşinqton Pxenyana qarşı “düşmən” siyasətinə son qoymasa, onların Birləşmiş Ştatlarla nüvə danışıqlarını bərpa etmək niyyəti olmayacaq.

Şimali Koreyanın birinci vitse-xarici işlər naziri Çoe Son Hui sabiq milli təhlükəsizlik müşaviri Con Bolton bu həftənin əvvəli Nyu Yorkda müxbirlərə prezident Donald Trampın noyabrda keçiriləcək prezident seçkisindən qısa müddət öncə “oktyabr sürprizi” olaraq Şimali Koreya lideri Kim Conq Unla yeni bir sammit keçirə biləcəyini deməsindən sonra bu bəyanatla çıxış edib.

“Ötən sammitdə əldə olunan razılıqlara məhəl qoymayaraq Koreya Demokratik Xalq Respublikasına qarşı düşmən siyasəti aparmağa davam edən ABŞ-la hər hansı razılıq əldə etmək və ya dialoq aparmaq mümkündürmü?” Çoe sual edib.

Vaşinqtonla Pxenyan arasında danışıqları bərpa etmək üzərində çalışan Cənubi Koreyanın prezidenti Mun Cae-in bu həftənin əvvəli Avropa liderləri ilə keçirdiyi videokonfrans zamanı Trampla Kimin seçkidən öncə yenidən görüşəcəyinə dair nikbinliyini ifadə edib.

Tramp və Kim Şimali Koreyanın nüvəsizləşməsini müzakirə etmək məqsədilə 2018-ci ildən bəri üç dəfə görüş keçirib, lakin 2019-cu ilin fevral ayında Vyetnamda keçirilən ikinci sammitdən sonra danışıqlar dayanıb. Həmin sammitdə ABŞ Şimali Koreyanın nüvə ambisiyalarından qismən imtina etmək şərti ilə sanksiyalardan azad olunmaq tələbini rədd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Tramp ABŞ-ın 47-ci prezidentidir
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG