Accessibility links

ABŞ və BMT Əfqanıstanın tanınmış mülki şəxslərinin öldürülməsini qınayır


Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, çərşənbə günü Kabildə müstəqil seçki müşahidə qrupunun başçısı silahlı şəxslər tərəfindən öldürülüb. Bu, son zamanlar tanınmış mülki vətəndaşlara qarşı həyata keçirilən hücumlardan sonuncusudur.

Zorakılıqlar xüsusilə Əfqanıstan paytaxtında onlarla insanın həyatına son qoyub. Hadisə qurbanları arasında vətəndaş cəmiyyətləri fəalları, jurnalistlər, siyasətçilər və dövlət rəsmiləri var.

Polis Əfqanıstanın Azad və Ədalətli Seçki Forumunun (FEFA) icraçı direktoru Məhəmməd Yusif Rəşidin avtomobilinin şəhərdəki ofisinə gedərkən naməlum şəxslər tərəfindən atəşə tutulduğunu bildirib. Hücum zamanı onun sürücünün yaralandığı deyilib.

Rəsmilər Kabilin başqa bir yerində polisin avtomobilinə qoyulan bombanın partlaması zamanı bir zabitin öldüyünü, iki nəfərin yaralandığını bildirib.

BMT-nin Əfqanıstandakı Yardım Missiyası UNAMA Rəşidin öldürülməsini və "tanınmış çox sayda insanlara" qarşı hücumları qınayıb və rəsmiləri günahkarları məsuliyyətə cəlb etməyə çağırıb.

"Əfqanıstanda mülki şəxslərin məqsədyönlü şəkildöə öldürülməsi ciddi narahatlığa səbəb olan səviyyədə baş verir" - deyə, missiyanın bəyanatında bildirilib.

UNAMA münaqişələrə səhnə olan ölkədə yalnız son dörd gündə bir millət vəkili, tanınmış jurnalist və bir qrup tibb işçisinin öldürüldüyünü vurğulayıb.

Tibb işçilərinə qarşı bomba hücumunun məsuliyyətini İslam Dövləti terrorçu qruplaşmasının Əfqanıstandakı şöbəsi öz üzərinə götürüb. Hücuma məruz qalan avtomobildə olan üç həkim və daha iki nəfər ölüb.

Amerika Birləşmiş Ştatları da Rəşidin qətlini qınayıb. “Onun öldürülməsi xəbəri məni dəhşətə gətirdi, mənasız və sonsuz zorakılıqlar silsiləsində daha bir ölüm. Onu tanıyanlara başsağlığı verirəm” - deyə, ABŞ-ın Kabildəki səfirinin səlahiyyətlərini icra edən Ross Vilson Twitter səhifəsində yazıb.

XS
SM
MD
LG