Accessibility links

Əfqanıstanın Qunduz əyalətində qanlı qarşıdurmalar olub


Əfqanıstanın şimalında hökumətin təhlükəsizlik qüvvələri ilə Taliban arasında baş verən yeni bir qarşıdurma hər iki tərəfdən 20-yə yaxın döyüşçünün ölümünə səbəb olub.

Atışmalar üsyançıların zorakılıqlara səhnə olan Qunduz əyalətinin İmam Sahib mahalındakı bir neçə polis postuna hücumundan sonra başlayıb.

Əyalət polisinin sözçüsü İnamuddin Rəhmani Amerikanın Səsinə deyib ki, qarşıdurmalar zamanı yerli komandir də daxil olmaqla, azı 9 polis işçisi ölüb və bir neçə nəfər yaralanıb. O, üsyançılar arasında da 11 nəfərin öldürüldüyünü deyib.

Taliban da öz növbəsində basqın zamanı hökumət qüvvələrindən 14 nəfərin öldürdüyünü və təhlükəsizlik postlarını ələ keçirdiyini iddia etdi. Qrup öz döyüşçüləri arasında itki olmadığını bildirib.

İllər boyu gərgin mübarizə yaşadığı vilayətdəki müstəqil mənbələrdən belə məlumat almaq mümkün olmayıb. Taliban iki dəfə qısa müddətə əyalətin paytaxtı Qunduzu ələ keçirib.

Son döyüşlər ABŞ-ın Talibanla sülh müzakirələrinə hazırlaşdığı vaxt aparılıb. Danışıqlar Donald Tramp tərəfindən 3 ay əvvəl dayandırılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG