Accessibility links

Əfqanıstanın qonşuları BMT-də sülh və təhlükəsizliyə çağırıb


Çərşənbə axşam ABŞ-ın keçən ay qoşunlarını geri çəkməsi və Talibanla bağlı BMT Baş Assambleyasında keçirilən toplantı zamanı Əfqanıstanın qonşuları regionda sülh və sabitliyə çağırıb.

"Talibanla danışıqlardan sonra Amerikanın Əfqanıstandan çəkilmə qərarı bu ölkə üçün son dərəcə kritik bir dönüş nöqtəsi oldu" - deyə, Qətər əmiri Şeyx Tamim bin Həməd Əl-Tani bildirib.

Qətərin həm Vaşinqtonla, həm də Talibanla münasibətləri yaxşıdır və onların arasında danışıqlar paytaxt Dohada keçirilir. Talibanın 2013-cü ildən bəri Dohada da bir ofisi var.

Əmir danışıqlar zamanı əldə edilən nailiyyətlər və öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsi üçün tərəflərlə əlaqələndirmənin davam etdiriləcəyini deyib.

Qətər əmiri Şeyx Tamim bin Həməd Əl-Tani
Qətər əmiri Şeyx Tamim bin Həməd Əl-Tani

"Biz Talibanla dialoqun davam etdirilməsinin zəruriliyini bilirik, çünki boykot yalnız qütbləşmə və əks reaksiyalara səbəb olur. Dialoq isə müsbət nəticələr verə bilər. Əfqanıstan məsələsi qələbə və ya məğlubiyyət məsələsi deyil, bu daha çox kənardan siyasi bir sistemin tətbiqinə çalışmadır" - deyə, əmir bildirib.

Qətər Talibanın avqustun 15-də ölkənin nəzarətini ələ keçirildikdən sonra minlərlə xarici və Əfqanıstan vətəndaşının ölkədən çıxarılmasına yardım edən ölkələrdən biridir.

"Siyasi prosesdən asılı olmayaraq, Əfqanıstanın beynəlxalq ictimaiyyətin yardımına və həmrəyliyinə ehtiyacı var. Ümid edirik ki, ölkədə sülh, sabitlik və təhlükəsizlik ən qısa zamanda yaradılacaq və Əfqanıstan xalqı rahatlıq tapacaq" - deyə, Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan toplantıda bildirib.

Türkiyə Prezidenti RəcəpTayyib Erdoğan
Türkiyə Prezidenti RəcəpTayyib Erdoğan

İranda çox sayda əfqan qaçqın var. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Agentliyinin bildirdiyinə görə, ölkədə təxminən 780 min əfqan qeydiyyatdan keçib, 2 milyondan çoxu isə sənədsizdır.

İran prezidenti İbrahim Raisi çıxışı zamanı ABŞ-ın Əfqanıstandan "çıxmadığını", "qovulduğunu" deyib. O, Taliban liderlərinə də belə deməli olduqları barədə xəbərdarlıq edib.

Özbəkistan Prezidenti Şəvkət Mirziyoyev əvvəlcədən yazılmış müraciətində "Birləşmiş Millətlər Təşkilatının Əfqanıstanla bağlı səsi hər zaman olduğundan daha yüksək olmalıdır" deyib.

XS
SM
MD
LG