Accessibility links

Əfqanıstanın Helmənd vilayətində iki hərbi vertolyot toqquşub


Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, çərşənbə günü ölkənin cənubundakı Helmənd vilayətində iki hərbi vertolyot toqquşub və azı 9 nəfər ölüb.

Digər məlumatlarda isə Taliban üsyançılarının müxtəlif bölgələrdə təhlükəsizlik məntəqələrinə hücumlar həyata keçirdiyi və hökumət qüvvələrinin on nəfərdən çox hərbçisini öldürdüyü bildirilib.

Helmand vilayətinin rəsmiləri Rusiya istehsalı olan iki Mi-17 tipli vertolyotun qəzaya çərşənbə axşamı gecə Nava bölgəsində yaralı əsgərləri evakuasiya edərkən qəzaya uğradıqlarını bildirib. Bildirildiyinə görə, həmin vaxt rayon mərkəzi Talibanın hücumuna məruz qalıb.

Əfqanıstan Müdafiə Nazirliyi məlumatı təsdiqləyib və qəzanın "texniki problemlər" səbəbindən baş verdiyini bildirib.

Vertolyotların havada toqquşması vilayətin paytaxtı olan Ləşkərgah və onun ətrafındakı bölgələrdə Əfqanıstanın təhlükəsizlik qüvvələri və Taliban üsyançıları arasında bir neçə gündür davam edən gərgin döyüşlər fonunda baş verib.

BMT bazar günü başlayan döyüşlərin minlərlə mülki vətəndaşın qaçmağa məcbur olması və Talibanın çox hissəsinin nəzarətində olan Helmənd vilayətində səhiyyə xidmətlərinin dayandırılmasına səbəb olduğunu bildirib.

“Yerli hakimiyyət orqanları təxminən 35 min insanın (təxminən 5000 ailənin) Ləşkərgah şəhərinə köçürüldüyünü, tibb müəssisələri isə yüzlərlə itki olduğunu bildirib”, BMT-nin məlumatında deyilir.

Bəynatda döyüşlərin təsirinə məruz qoyduğu bəzi ərazilərdə elektrik və telekommunikasiya xətlərinin pozulduğu qeyd edilib.

Bazar günü genişmiqyaslı hücumlardan və Ləşkərgah şəhərinə gedən magistral yolu bağladıqdan sonra Taliban vilayətin bəzi ərazilərini ələ keçirə bilib.

Şərhlərə bax

XS
SM
MD
LG