Accessibility links

Taliban təhlükəsizlik qüvvələrinə qarşı yeni hücumlara başlayıb


Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, Taliban üsyançıları çərşənbə günü gecə ölkənin şimalında həyata keçirdikləri hücumlar zamanı azı 28 hökumətərəfdarı döyüşçünü öldürüb.

Sərt hava şəraitinə baxmayaraq, Taliban son bir həftə ərzində demək olar ki, hər gün hücumlar həyata keçirməklə ölkənin şimal və şimal-şərq vilayatlərində Əfqanıstanın 100-ə yaxın əsgərini öldürüb.

Adının açıqlanmasını istəməyən Əfqanıstan rəsmisi Amerikanın Səsinə deyib ki, Taliban ölkənin şimalindakı Kunduz əyalətinin Daşe-Arçı bölgəsindəki təhlükəsizlik məntəqəsinə etdiyi hücumu zamanı hökumətyönlü qüvvələrdən 13-nü öldürüb.

Vilayət şurasının üzvü Fəvzai Eftali Amerikanın Səsinə Əfqanıstan qüvvələri arasında tələfat barədə məlumatı təsdiqləyərək, bir neçə nəfərin də yaralandığını deyib.

Qonşu Bəlx və Taxar vilayətləri polisi və hökumət nümayəndələrinin dediyinə görə, həmin bölgələrdə də 15 təhlükəsizlik işçisini öldürülüb.

Talibanın baş sözçüsü Zabihulla Müjahid jurnalistlərə göndərdiyi açıqlamalarda üç vilayətdə keçirdikləri gecə hücumları zamanı hökumət qüvvələrindən 50 nəfərin öldürüldüyünü iddia edib.

Əfqanıstan Müdafiə Nazirliyi də öz növbəsində bölgələrdəki hava hücumları və qurudan əməliyyatlar zamanı onlarla Taliban terrorçusunun öldürüldüyünü bildirib.

Şərhlərə bax

XS
SM
MD
LG