Accessibility links

Ələsgər Məmmədli: Azərbaycanda ayrıca informasiya ombudsmanının yaradılmasına ehtiyac var


Media məsələləri üzrə hüquqşünas Ələsgər Məmmədlinin Amerikanın Səsinə müsahibəsi

Media məsələləri üzrə hüquqşünas Ələsgər Məmmədli Amerikanın Səsinə müsahibəsində dövlət qurumlarında informasiya açıqlığı ilə bağlı problemlərdən danışıb.

Amerikanın Səsi: Dövlət qurumları mövcud hüquqi çərçivədə informasiya açıqlığına nə dərəcədə riayət edir? Dövlət qurumlarının saytlarında daha çox hansı növ informasiyaların qıtlığına rast gəlmək olur. Bunun səbəbi nədir?

Ələsgər Məmmədli: Onu deyim ki, dövlət qurumlarının informasiya yayımı öhdəliyi. yəni birbaşa informasiya resurslarını yaratma və onu vaxtında yayma öhdəliyi var. Bu, informasiya əldə etmək haqqında qanunun maddələrində açıq göstərilib. Burada dövlət qurumları informasiyaları, həm də təqdimat olaraq 34 fərqli informasiyanı hökmən saytlarında yerləşdirməlidir. Burada konkret olaraq adbaad yazılmış infrmosiyalar var. Bilavasitə, ən çox hansı informasiyaları yerləşdirirlər və ya hansı informasiyaları yerləşdirmirlər, biz monitorinq apardığımız zaman açıq şəkildə 3 qrupa böldük. Ən çox açıqlanan, orta səviyyədə açıqlanan, heç açıqlanmayan ya da çox cüzi açıqlanan informasiyalar. Ən çox verilməyən informasiyalar 0-5 faiz arasında, bu informasiyalar daha çox büdcə informasiyalarıdır, yəni maliyyə mənbəli, maliyyə məqsədli informasiyalar, tender nəticələri, onların mübahisələndirilmə həlli vasitələri və s. bu tip məlumatlar defisit məlumatlardır. Məsələn, deyək ki, dövlət qurumunun ünvanı, ora hansı formada gəlmək, bu tip məlumatlar bəzən 90-98 faizə qədər yerləşdirilir.

Amerikanın Səsi: İnformasiya açıqlığına dair Azərbaycan qanunvericiliyi nə dərəcədə ölkənin beynəlxalq öhdəliklərinə uyğundur?

Bu beynəlxalq öhdəliklər baxımından, xüsusən də konvensiya baxımından yolverilməzdir.


Ələsgər Məmmədli: İnformasiya qanunvericiliyi 2005-ci ildə qəbul olunanda bu, Azərbaycanın öhdəliklərinə qəbul olunmuşdur. Amma sonradan müəyyən məhdudiyyətlər gətirildi. Bu məhdudiyyətlər həm informasiya sorğularından imtina etmək, informasiyanı verməməklə bağlı qanunla müəyyən olunan çərçivənin daha daraldılması ilə bağlıdır. Bu beynəlxalq öhdəliklər baxımından, xüsusən də konvensiya baxımından yolverilməzdir. Həm də ikinci önəmli məqam da, bu prosesə nəzarət edən informasiya məsələsi ilə müvəkkil institutunun qanundan çıxarılması və konkret olaraq bu dövlət qurumlarının şəffaflığına nəzarət edən qurumun daha loyal və qismən ombudsmana verilməsidir. Ombudsman isə bu məsələdə son səkkiz ildə elə ciddi şəkildə addım atmayıb.

Amerikanın Səsi: Sizcə Azərbaycanda ayrıca informasiya ombudsmanı təsisatının yaradılmasına ehtiyac varmı?

Ələsgər Məmmədli: Mən düşünürəm ki, var. Bu qanunvericilikdə də var idi. Onun 2012-c ildə qanundan çıxarılması yanlış bir addım idi. İnsan hüquqları üzrə müvəkkilin onsuz da kifayət qədər səlahiyyətləri genişdir. Bir də təzədən spesifik sahə ilə məşğul olması həm onun profilinə, həm də iş yükü baxımından uyğun gəlmir. Ayrıca olması çox vacibdir.

Amerikanın Səsi: Jurnalistlərin informasiya əldə etmək hüququnun təmin olunması sahəsində vəziyyət necədir? İnformasiya sorğularına tam həcmdə cavab almaq olurmu?

Ələsgər Məmmədli: Mən deyim ki, informasiyanı yerləşdirmə vəziyyəti daha yaxşıdır, nəinki sorğularla işləmək . Xüsusən, son 11 ildə Azərbaycanda bütün dövlət qurumlarının saytlarında elektron informasiya sorğularının qəbulu nədənsə sadəcə vətəndaşların müraciəti çərçivəsinə endirilib. Halbuki, bunlar ayrı-ayrı şeylərdir. Müraciət maksimum 30 gün, informasiya sorğusu 7 gün ərzində cavablandırılmalıdır. Ayrıca müraciət təklif oluna bilər, ərizə ola bilər. Amma sorğu dediyimiz sırf sorğudur. Baxırsan ki, dövlət qurumlarının informasiya saytlarında tələb olunan formaların heç birində sorğu metodu yoxdur. Bu, birinci problemdir, ikinci bir problem isə lazım olmayan informasiyalar istənilir. Məsələn, şəxsin doğum tarixi, cinsi, aldığı təhsil kimi və s. bunlar qanunla tələb olunmayan informasiyalardır. Üçüncü önəmli məqam isə sorğulara reaksiyadır. Bizim monitorinqdə, məsələn, 56 quruma biz sorğu göndərmişdik. Onlardan yalnız 15-nə tam cavab verilmişdir və bu təxmini 26 faiz edir. Qalan 74 faiz informasiya hansısa formada verilməmişdir. Bu da jurnalist sorğularına reaksiyanın bir nəticəsidir.

Mən deyim ki, informasiyanı yerləşdirmə vəziyyəti daha yaxşıdır, nəinki sorğularla işləmək .


Bununla bağlı biz monitorinq apardığımız zaman maraqlı bir neçə məqamla üzləşdik. Birincisi, dövlət qurumu cavab verir ki, sorğu məndə yoxdur, filan yerə yönəltmək lazımdır. Beləliklə, əslində öz işini görmür və sizə də həm cavab vermiş, həm də verməmiş olur. İkinci məqam odur ki, bir jurnalist Kürdəmir icra hakimiyyətinə sorğu göndərmişdi. Daha sonra onun ailəsinə orda basqın oldu. Daha sonra düzdür, həmin icra hakimiyyətini korrupsiyadan həbs elədilər. Digər bir məqam isə odur ki, məhkəmələrə verilən iddia ərizələri hansı ki, sorğu cavablanmayıb. O zaman jurnalistə hansısa formada yenə dolayı yolla basqılar, təzyiqlər olurdu ki, nədir ki, sorğu ondan ötrü məhkəməyə gediblər. Məhkəmə iddiasını geri götür. Yəni azı iki üç fakt bilirəm ki, jurnalist məhkəmə iddiasını imtina edib, geri çəkilib.

Amerikanın Səsi: Ümumiyyətlə götürsək jurnalistlərin informasiya əldə etmək, eyni zamanda sorğularına cavab verməyi qənaətbəxş hesab etmək olarmı?

Çox az dövlət qurumu var ki, zamanında reaksiya verir. Bəziləri aylarla uzana bilir. Ayrıca jurnalist üçün sorğunun maksimum müddəti 24 saatdır.


Ələsgər Məmmədli: Sorğulara cavabı kəsinliklə etmək olmaz. Çünki sorğuıara cavab məsələsində çox ciddi problemlər var. İstər online formatda, istər yazılı formada poçt vasitəsilə. Çox az dövlət qurumu var ki, zamanında reaksiya verir. Bəziləri aylarla uzana bilir. Ayrıca jurnalist üçün sorğunun maksimum müddəti 24 saatdır. Buna demək olar ki, əməl olunmur. Bu da ayrı bir məsələdir. Amma informasiya açıqlığı baxımından dövlət qurumlarının saytı əvvəlki illərə nisbətən daha dolğundur. Əlbəttə yenə yerli icra hakimiyyətlərində problemlər çoxdur. Amma mərkəzi icra orqanlarının istər elektron xidmətlərinin keyfiyyəti, istərsə də informasiya təminatı əvvəlki illərə nisbətən artıb. Amma hələ təbii ki, qanunla müəyyən edilən çərçivəyə tam çatmayıb.

Amerikanın Səsi: Məhkəmələrdə informasiya sorğularının cavablandırılmaması ilə bağlı mübahisələr necə həll olunur, hakimlər daha çox hansı tərəfin xeyrinə qərar qəbul edir?

Ələsgər Məmmədli: Burada iki məqamı vurğulayacam. Birincisi məhkəmədən öncə ombudsman məsələsi var. Jurnalistlər və ya şəxslər sorğulara görə ombudsmana müraciət eləyə bilər. Biz bunu ölçmək üçün ombudsmana da sorğu göndərmişdik ki, son 5 ildə nə qədər sorğulara cavab verməyin, ya da öhdəliyi yerinə gətirməyən dövlət qurumu cəzalanıb. Onlar cavabda bildirmişdilər ki, 2015-2019-cu illər ərzində buna ehtiyac olmayıb. Onlar protokol tərtib etməyiblər. Bu həm də mərkəzi orqanların davranışının, hərəkətsizliyinin hansısa formada cəzalanmadığının göstəricisidir. Məhkəməyə gələndə, bu işlərə inzibati məhkəmə baxır. İnzibati məhkəmədə bir neçə iş olub. Mən özüm də iştirak eləmişəm. Məhkəmə hakimləri daha çox prosesi uzatmadan və dövlət qurumunun əleyhinə qərar qəbul etmədən yekunlaşdırmağa cəhd eləyir. Çox nadir qərarlar var ki, biri elə Turan İnformasiya Agentliyinə qarşı, orada məhkəmə müəyyən prosedurdan sonra qarşı tərəfin üzərinə öhdəlik qoyub. Amma bu, nadirdir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG