Əlcəzairdə son illərin ən böyük nümayişləri keçirilir. On minlərlə insan küçələrə axışaraq xəstə prezident Əbdüləziz Buteflikanın yenidən namizədliyini irəli sürməsinə etiraz edir. Buteflikanın namizədliyini rəsmi olaraq bazar günü açıqlayacağı gözlənilir.
Etirazlar əsasən dinc keçib, lakin cümə günü azı bir nəfərin ölümü ilə nəticələnən zorakılıqların baş verdiyinə dair xəbərlər var. Dövlətə aid Əlcəzair Mətbuat Xidməti şənbə günü səhiyyə rəsmilərinə istinadən bildirib ki, 183 nəfər xəsarət alıb. Onlarla etirazçı həbs olunub. Digər media orqanları polisin nümayişçiləri dubinka ilə vurduğunu və onlara qarşı gözyaşardıcı qazdan istifadə etdiyini bildirib.
Bir neçə şəhərdə cümə namazından sonra keçirilən hökümət əleyhinə etirazlar son illərin ən böyük etirazlarıdır. Etirazçılar Buteflikanın beşinci dəfə namizdələyini irəli sürməsinə qarşı etiraz edir, amma bununla bərabər onlar yüksək işsizlik səviyyəsi və hökmətdəki korrupsiyaya qarşı da etiraz edir. Buteflikanın şənbə günü 82 yaşı olub və onun hazırda Cenevrədə müalicə olunduğu deyilir. O, 2013-cü ildə insult keçirəndən bəri iflic vəziyyətdədir və əlil arabası ilə gəzir.
Sorbonna Universitetinin Şimali Koreya Universitetinin eksperti Radica Mohsen-Finan deyir ki, əlcəzairlilər onlardan Buteflikaya yenidən səs vermələrini gözlənildiyi üçün özlərini alçadılmış və təhqir olunmuş hiss edir. Onun sözlərinə görə, siyasi struktur köhnəlib və prezident Əlcəzair 1962-ci ildə müstəqiliiyini əldə edəndən bəri ölkənin hakimiyyətində yer alıb.
1999-cu ildə hakimiyyətə gələndən bəri Buteflika Əlcəzairdə 100 mindən çox insanın ölümü ilə nəticələnən vətəndaş müharibəsindən sonra ölkədə sülhü bərpa edib. 2011-ci ildə qonşu Tunisdə başlayan və regiona yayılan Ərəb Baharının Əlcəzairə heç bir təsiri olmadı. Neftdən gələn pul hökümətə sabitliyi qorumağa yardım etdi. Bu həftə Əlcəzairin baş naziri Suriyada Ərəb Baharından sonra yaranan xaosu xatırladıb.
Lakin 2011-ci ildən bəri neft qiymətləri azalıb və Əlcazairin iqtisadiyyatı çətinliklikə üzləşir. Hazırda 30 yaşından aşağı əlcəzairlilərin üçdə biri işsizdir, ölkənin gənc əhalisi isə vətəndaş müharibəsini xatırlamır.