Accessibility links

Ərazi bütövlüyü uğrunda həlak olanların ailələri 11 min manat alacaq


Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə yeni fərman imzalayıb.

Prezident bu fərmanı yanvarın 28-də şəhid ailələri ilə görüşündən sonra imzalayıb.

Bu fərmana əsasən 11 min manat alacaq vətəndaşların sayı artıb.
İlham Əliyev, Azərbaycan Respublikasının prezidenti

O bildirib ki, keçən il prezident seçildikdən sonra ilk fərmanı şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olub. Həmin sənəddə 10 minə yaxın şəhid ailəsinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi nəzərdə tutulub, artıq 3 mindən çox şəhid ailəsi vəsaiti alıb.

Bu fərmandan sonra Dövlət Sığorta Kommersiya Şirkəti Dağlıq Qarabağ döyüşlərində həlak olmuş bir çox şəxslərin vərəsələrinə əvvəllər müavinətlərin ödənildiyini bildirərək, həmin ailələrə müavinətlərin verilməsindən imtina edib. Vərəsələr isə buna etiraz olaraq müxtəlif dövlət oqranları, o cümlədən Prezident Administrasiyası, Milli Məclisin qarşısında etirazlarını bildirib.

İlham Əliyev şəhid ailələri ilə görüşüb
İlham Əliyev şəhid ailələri ilə görüşüb

Bundan sonra, bu gün, yanvarın 28-də prezident Əliyev bütün vərəsələrə, o cümlədən Daxili İşlər Nazirliyinin döyüşlərdə həlak olan əməkdaşlarının vərəsələsinə birdəfəlik ödəmələrin verilməsini əhatə edən əlavə fərman imzalayıb.

Yeni fərmanla birdəfəlik ödəmələr artıq 12268 şəhidin vərəsələrini əhatə edir və ödəniləcək vəsaitin həcmi 135 milyon manata çatır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Bugünkü görüşdə İlham Əliyev deyib ki, vaxtilə müavinəti almış ailələrlə bağlı araşdırmaların aparılıb, onların aldığı vəsaitin bu günün məzənnəsi ilə uyğunsuzluq təşkil etdiyini nəzərə alaraq yeni fərman imzalayıb və bu fərmana əsasən 11 min manat alacaq vətəndaşların sayı artıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, dövlət başçısının növbəti fərmanından sonra əlavə olaraq 2264 şəhid hərbi qulluqçu və 461 şəhid polisin vərəsələrinə də birdəfəlik ödəmə veriləcək.

“Yeni fərmanla birdəfəlik ödəmələr artıq 12268 şəhidin vərəsələrini əhatə edir və ödəniləcək vəsaitin həcmi 135 milyon manata çatır”, nazirlik bildirib.

XS
SM
MD
LG