Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyəni qadınları qorumaq üçün nəzərdə tutulan beynəlxalq razılıqdan geri çəkib. Bu barədə şənbə günü ölkənin rəsmi qəzeti xəbər verib. Qadın haqları fəalları isə bu razılığı ölkədə artmaqda olan məişət zorakılığına qarşı əsas mübarizə yollarından biri olaraq görürdülər və Ərdoğanı Türkiyəni razılıqda saxlamağa çağırırdılar.
Avropa Şurasının İstanbulda imzalanan konvensiyanın məqsədi məişət zorakılığı hallarının qarşısını almaq və yox etmək, məişət zorakılığı edənləri isə mühakimə etmək, habelə bərabərliyi təbliğ etməkdir. Konvensiyanı 2011-ci ildə imzalayan Türkiyədə ötən il qadın qətlləri halları artıb.
Türkiyənin konvensiyadan geri çəkilməsinə səbəb göstərilməsə də, Ərdoğanın hakim AK Partiyasının rəsmiləri ötən il qadınlara qarşı artan zorakılıqlarının qarşısını almaq yolları ilə bağlı fikir ayrılıqlarının olduğunu bir vaxt hökumətin razılıqdan çıxmağı nəzərdən keçirdiyini demişdi.
“Qadın haqları hazırda bizim qanunlarımızda, əsasən də Konstitusiyamızda yer alan nizamlamalar vasitəsilə qorunur. Bizim ədliyyə sistemimiz yeni nizamlamaları tətbiq edəcək qədər dinamik və güclüdür,” Ailə, Əmək və Sosial Xidmətlər Naziri Zehra Zümrüd bu addımla bağlı heç bir izahat vermədən Twitter-də yazıb.
Türkiyədə bir çox mühafizəkar deyir ki, razılıq ailə strukturuna xələl gətitir və zorakılığı həvəsləndirir. Onlar həmçinin İstanbul Konvensiyasında yer alan gender bərabərliyi prinsipinə pis baxırlar və onun homoseksuallığı təbliğ etdiyini düşünürlər, çünki razılıq cinsi oriyentasiya zəminində diskirimansiyaya qarşı çıxır.
Razılıqdan geri çəkilməyi tənqid edənlər bunu Türkiyəni qoşulmaq üçün namizəd olduğu Avropa Birliyinin dəyərlərindən bir az daha uzaqlaşdırdığını deyirlər. Onlar iddia edir ki, konvensiya və o imzalandığı zaman qəbul olunan qanun daha ciddi şəkildə tətbiq olunmalıdır.
Bir neçə başqa ölkə də razılıqdan geri çəkilmək üçün addımlar atıb. Polşanın kabinet üzvünün Varşavanın razılıqdan geri çəkilməli olduğunu deməsindən sonra ali məhkəmə konvensiyanı diqqətli şəkildə araşdırmağa başlayıb. Polşanın millətçi hökuməti razılığı çox liberal hesab edir.
Ərdoğan qadınlara qarşı zorakılığı tənqid edib və bu ay hökumətinin qadınlara qarşı zorakılığı aradan qaldırmağa çalışacağını bildirib. Lakin tənqidçilər deyir ki, onun hökuməti qadın qətlləri və məişət zorakılığının qarşısını almaq üçün kifayət qədər iş görməyib.
Türkiyədə qadın qətlləri ilə bağlı rəsmi statistika mövcud deyil. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, Türkiyədə qadınların 38 faizi həyatları boyu partnyorlarından şiddətə məruz qalırlar ki, Avropanın digər hissələrində bu göstərici təxminən 25 faizdir.
Ərdoğanın qərarı onun bu ay hüquq və azadlıqların durumunu yaxşılaşdıracaq və Aİ standartlarını cavablayacaq ədliyyə islahatlarını açıqlamasından sonraya təsadüf edib. Türkiyə 2005-ci ildən bəri Aİ-na namizəddir, lakin ölkənin ittifaqa qoşulması üzərində danışırlar siyasətlə bağlı fərqliliklər və Ankaranın insan haqları tarixçəsi səbəbilə dayandırılıb.