Birləşmiş Ştatlar İslam Əməkdaşlıq Təşkilatının 57 üzvlük blokda Suriyanın fəaliyyətinin dayandırılması barədə qərarını alqışlayıb. Bu qərarın açıqlanmasından sonra ABŞ Dövlət Departamentinin sözçüsü Viktoria Nuland bildirib ki, İslam Əməkdaşlıq Təşkilatı bu addımı atmaqla prezident Bəşər Əsədə "güclü mesaj" göndərib.
Bu arada BMT-nin Təhlükəsizlik Şurası Suriyadakı vəziyyəti müzakirə etmək üçün toplantı keçirməyi planlaşdırır. BMT müşahidə qrupunun Suriyada qalma müddəti bazar günü başa çatır.
BMT Humanitar Yardım şöbəsinin başçısı Valeri Amos Dəməşqdə müxbirlərlə görüşü zamanı Suriyada baş verən zorakılıqlar üzündən 2.5 milyon insanın yardıma ehtiyacı olduğunu bildirib.