Accessibility links

ABŞ-ın pilotsuz təyyarələri Pakistanda yeni hücumlar həyata keçirib


Pakistanın təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, ABŞ-ın pilotsuz təyyarələrinin ölkənin şimal-qərbi, Əfqanıstanla sərhəddəki qəbilələrin yaşadığı bölgəyə hücumu nəticəsində azı 18 nəfər ölüb.

Rəsmilər pilotsuz təyyarələrin bu gün Şimali Vəzirinstanın Taliban və Əl-Qaidə yaraqlılarının cəmləşdiyi üç əraziyə raket hücumu etdiyini bildirib.

Hücum Pakistanın hava zərbələrinə görə ABŞ diplomatına etiraz notası verməsindən bir gün sonra həyata keçirilib.

Pakistanın dəfələrlə ABŞ-ın pilotsuz təyyarələrinin hücumlarını tənqid edərək, bunun ölkənin suverenliyinin pozulması olduğunu deməsinə baxmayaraq, Birləşmiş Ştatlar rəsmiləri bu hücumların yaraqlılara qarşı əsas vasitə olduğunu iddia edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Avropa Parlamenti Ukraynaya Aİ-yə namizəd statusu verib
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG