Accessibility links

Nəhəng tornado Oklahomada 50-dən çox adamı öldürdü


Oklahoma City civarındakı qəsəbədə baş verən tornado yolundakı hər şeyi viran qoyaraq azı 51 adamın ölümü ilə nəticələnib.

Ölənlər arasında Plaza Towers ibtidai məktəbinin azı 7 şagirdi var. Məktəb nəhəng tufanın əsas marşrut xəttində yerləşib.

Tornado ərazini vuranda həmin məktəbdə 75 şagird və müəllim heyəti sığınacaq tapmışdı.

Gecə yaxınlaşdıqca tələsən xilasedicilər dağıntıların altında ilişib qalan adamları çıxarmaq üçün əllərindən gələni ediblər. Amma rəsmilər artıq göstərilən səyləri xilasetmə deyil, axtarış əməliyyatları kimi təsvir edir.

Tornadonun yaratdığı dağıntıdan belə məlum olur ki, onun qüdrəti tornadolar üçün müəyən edilmiş EF4 bal gücündə (saatda 200-230 kilometr sürətli küləklər) olub ki, bu da ikinci ən qüdrətli tufan kateqoriyasına aiddir.

Moore qəsəbəsinin ortası ilə hərəkət edən tornadonun enliliyi 3 kilometrə çatıb.

Oklahoma ştatı "Tornado Xiyabanı" kimi tanınan mərkəzi ərazidə yerləşir ki, bura Minnesota, Cənubi Dakota, Ayova, Nebraska, Kanzas və Texas ştatlarının düzən hissələrini əhatə edir. Yaz və yay fəsillərində bu ərazilərdə tez-tez dağıdıcı tornadolar baş verir.

Tornado sürətlə fırlanan dağıdıcı hava sütunudur ki, bu, isti hava şəraitində yerlə sıx kütləli bulud arasında təmas yaranarkən baş verir. Sütunun adətən dar ucu yerə dəyərək dağıntı törədir. Əksər hallarda tornadoların sürəti saatda 180 kilometrdən artıq olmur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG