Accessibility links

Müsavat Partiyası Göygöl təşkilatının sədri saxlanıb


Müsavat Partiyasının qərargahında axtarış aparılıb
Müsavat Partiyasının qərargahında axtarış aparılıb

Saxlanmanın dəqiq səbəbləri bəlli deyil, amma təxminlər var...

Bu gün səhər saatlarında Müsavat Partiyasının Göygöl rayon təşkilatının sədri Subatay Quluzadə polis tərəfindən saxlanıb. Saxlanmaya rayonun Köşkü kəndində yaşayan müxalifət partiyası fəalının şəxsi həyətində neçə illərdir mövcud olan tövlənin qapısının məktəb istiqamətində açılması səbəb olub. Bu barədə Amerikanın Səsinə Müsavat Partiyasının rayon təşkilatından bildiriblər.

Təşkilatdan deyiblər ki, sahə müvəkkili tövlənin qapısını bağlamağı tələb edib. S.Quluzadə isə qapıının neçə illərdir həmin istiqamətdə olduğunu bildirib. Beləliklə o saxlanaraq Göygöl rayon Polis Şöbəsinə gətirilib.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı Amerikanın Səsinə bildirib ki, Subatay Quluzadənin saxlanmasının polis rəisi ilə aralarında əvvəllər mövcud olan ədavətlə bağlı olduğunu təxmin edir. O ədavətin nədən yarandığı barədə məlumat verməyib.

Bununla yanaşı Müsavat Partiyasının rayon təşkilatından Amerikanın Səsinə deyiblər ki, ədavət Subatay Quluzadə pay torpağını satmamasından sonra başlayıb. Hansı ki, Quluzadənin pay torpağı yerləşən Goy-Göl qoruğu və Hacıkənd istiqamətində gedən yolun üzərində varlı adamların çoxsaylı villaları var.

Öz növbəsində Göygöl rayon Polis Şöbəsinin növbədi hissəsi Amerikanın Səsinə Quluzadənin saxlanma səbəbləri ilə bağlı məlumat verməkdən imtina edib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ordusu Qəzza tərəfədən sərhəd qapısını nəzarətə alıb
please wait

No media source currently available

0:00 0:12:37 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG