Accessibility links

Azərbaycanda dərs ilinin müddəti uzadıldı


Azərbaycanda yeni dərs ili başlayıb
Azərbaycanda yeni dərs ili başlayıb

Azərbaycanda dərs ilinin müddəti uzadılıb.

Baş nazir Artur Rasizadənin imzaladığı “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsində dəyişikliklər edilməsi haqqında” imzaladığı qərarda deyilir ki, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq.

Qərara əsasən dərs ili iki yarımilə bölünür, - birinci yarımil - 15 sentyabr - 26 yanvar, ikinci yarımil - 1 fevral - 14 iyun.

Həmçinin, dərs ili ərzində bu tətillər müəyyən edilib, - 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar). İbtidai siniflər üçün isə daha 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilib.

Yaranmış şəraitdən və vəziyyətdən asılı olaraq, Təhsil Nazirliyinin əmrinə əsasən respublikanın bütün ərazisində və yaxud bu və ya digər ərazi vahidində dərs ilinin müddətində və tətil günlərində dəyişikliklər edilə bilər.

İndiki anadək ümumtəhsil məktəbində dərs ili sentyabrın 15-də başlayıb mayın 31-də başa çatırdı.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG