Accessibility links

İslam Dövlətinə qarşı ideoloji müharibə


Iraq ISIL / ISIS
Iraq ISIL / ISIS

Amerika Birləşmiş Ştatları və Birləşmiş Ərəb Əmirlikləri çərşənbə axşamı İslam Dövləti qrupuna qarşı yeni təşəbbüsə start veriblər. Militantların ideoloji hücumlarının qarşısını almaq məqsədi güdən yeni sosial media layihəsi Yaxın Şərq regionunun müxtəlif yerlərindən mötədil və tolerant baxışları təqdim edəcək.

“Sawab Center” adlanan bu təşəbbüs Abu Dabi şəhərindən həyata keçiriləcək, Twitter və YouTube kimi böyük sosial şəbəkələr vasitəsilə yaraqlıların İslam dəyərlərini saxtalaşdırmaqla nifrət, qorxu və dözümsüzlüyu təbliğ etdikləri barədə mesajlar verəcək.

ABŞ Dövlət Katibinin ictimai diplomatiya məsələləri üzrə yardımçısı Riçard Stengelin Alhurra Televiziyasına verdiyi məlumata görə layihənin vəzifəsi insanları İslam Dövləti qrupuna qoşulmaqdan çəkindirmək, o cümlədən yaraqlılar üçün yeni döyüşçüləri səfərbər etməyə məsul şəxsləri sosial şəbəkələrdən uzaqlaşdırmaqdır.

İraq və Suriyada yaraqlılara qoşulanların dalğasını zəiflətmək ABŞ prezidenti Barak Obamanın İslam Dövləti qrupuna qarşı müəyyən etdiyi əsas hədəflərdən biridir.

Bu hədəf koalisiyanın 5,000-ə yaxın hava zərbəsi daxil olmaqla həyata keçirilən və militantları maliyyə mənbələrindən məhrum etməyə yönəlik kampaniyanın tərkib hissəsidir.

XS
SM
MD
LG