Accessibility links

Sevil Süleymani: İran cəmiyyətində edam hökmünə zidd olanların sayı azdır [Audio-Müsahibə]


Bu yaxınlarda İranda terror fəaliyyətlərinə qatılma ittihamı ilə mühakimə edilmiş təqribən 20 sünni məhbusun edamı, eləcə də 1988-ci ildə yazılmış və həmin dövrdə həyata keçirilən kütləvi edamlara dair önəmli sənəd hesab edilən bir səs faylının ilk dəfə olaraq yayımlanması edam hökmünü dəstəkləyənlər və ona müxalif olanlar arasında geniş mübahisələrin yaranmasına səbəb olub.

Sevil Süleymani İranda edama ictimai münasibətləri şərh edir
please wait

No media source currently available

0:00 0:14:55 0:00

Sadəcə öz qruplarından olan insanlar edam ediləndə edama qarşı olurlar.

Mövzu ilə bağlı Amerikanın Səsinə müsahibə verən mədəni fəal Sevil Süleymani İranda edam hökmünə qarşı çıxanların sayının çox olmadığını deyir.

Süleymaninin dediklərinə görə, İranda müxtəlif qrupların edam mövzusu və ümumiyyətlə insan haqlarına dair münasibətləri daha çox ideoloji bir münasibətdir. “Sadəcə öz qruplarından olan insanlar edam ediləndə edama qarşı olurlar,” deyə o söyləyir.

Amma biz İran məhkəmə sisteminə nə qədər güvənirik ki bu suçlamalara inanaq?

Əksəriyyəti kürd cəmiyyətinə mənsub olan sünni məhbusların terror fəaliyyətlərinə qatılmaqda günahlandırıldığına işarə edən fəal deyir ki, bu ittihamların doğruluğunu müəyyənləşdirmək üçün öncə “İran məhkəmələrinə güvənmək olarmı?” sualını cavablandırmaq lazimdir:

“Sünnilərin edamı ilə bağlı iki sual ortaya çıxır. Birincisi, bunların sünni ya kürd olduqlarını bir qırağa qoysaq, biz ümumiyyətlə edam hökmü ilə razıyıq ya yox? İkincisi, İranda məhkəmə sisteminə nə qədər güvənirik? Bunların dosyesinə baxanda, İŞİD kimi terrorist qruplar ya sələfi qruplara bağlı olduqları iddia olur. Amma biz İran məhkəmə sisteminə nə qədər güvənirik ki, bu suçlamalara inanaq?”

İran ali ruhani liderinin sabiq canişini Ayətullah Müntəziri
İran ali ruhani liderinin sabiq canişini Ayətullah Müntəziri

Bu yaxınlarda həmçinin 1988-ci ildə yazılmış və İran İslam Respublikası tərəfindən siyasi müxaliflərə qarşı həyata keçirilmiş kütləvi edamlar haqqında önəmli sənəd hesab edilən bir səs faylı yayılıb. Həmin dövrdə İranın ali ruhani lideri Ayətullah Xomeyninin canişini olan Ayətullah Müntəziri və təhlükəsizlik qurumu məsulları arasında keçən bir mübahisəni ehtiva edən səs faylında Müntəzirini minlər məhbusun edamına etiraz bildiridiyi və bunu həyata keçirənləri “cani” adlandırdığı ortaya çıxıb.

ABŞ-da mühacirətdə yaşayan fəal Müntəzirinin edamlara kəskin etiraz etməsinin önəmli olduğunu ifadə etsə də, 2009-cu ildə vəfat etmiş ayətullahın edam hökmünə qarşı olmayıb sadəcə İslam İnqilabının imicinin pisləşməməsinə etiraz etdiyini önə çəkir.

İranda siyasi qrupların insan haqları və edam mövzusuna baxışları ideoloji bir münasibətdir, sadəcə öz qruplarından olan insanlar edam ediləndə edama qarşı olurlar.

Sevil Süleymani ümumiyyətlə İran toplumunda o cümlədən, ziyalılar arasında edama qarşı olanların sayının çox olmadığını vurğulayır.

Amnesty International İranda narkotik qaçaqmalçılığı ilə əlaqədar edamlar haqqında yaydığı hesabatda etnik və dini azlıqlardan olan müttəhimlərin ən çox edam riski altında olduğunu önə çəkir.

Güneyli vəkil Musa Bərzin Amerikanın Səsinə verdiyi müsahibədə İranda edam hökmü çıxaran məhkəmələrdə baş verən qanunsuzluqları şərh edib.

XS
SM
MD
LG