Accessibility links

Fransada etirazçılar maşın yollarını bağlayıb


Fransada "sarı jiletli" nümayişçilərinin start verdiyi iqtisadi islahat hərəkatının səngiməsinə bamayaraq, bazar günü etirazçılar onlarla maşın yolunu bağlayıb.

Artıq beşinci həftədir davam edən aksiyalarda səkkiz nəfər həyatını itirib. Onların əksəriyyəti yol hərəkatı qəzalarının qurbanı olub.

Şənbə günü saat 11-dək şəhərdə keçirilən etiraz aksiyasına təxminən 1000 adam çıxıb.

Daxili İşlər Naziri Kriftofer Kastaner sakitliyə çağırsa da, etirazlar davam edir.

Polisin məlumatına görə, şənbə günü saat 11-dək şəhərdə keçirilən etiraz aksiyasına təxminən 1000 adam çıxıb.

Bir həftə əvvəl isə şəhərdə keçirilən etiraz aksiyasına 10 minlərlə adam çıxmışdı. Həmin aksiyada 400-dən çox adam saxlanmışdı.

Hakimiyyət bu şənbə Parisdə turislər üçün gəzməli yerlər və obyektləri açmaq qərarına gəlib.

Sarı jiletlər Fransada hökumətin aşağı və orta siniflərin mənafelərini qulaq ardına vurmasına qarşı vüsət alan etiraz aksiyalarının simvoluna çevrilib.
Sarı jiletlər Fransada hökumətin aşağı və orta siniflərin mənafelərini qulaq ardına vurmasına qarşı vüsət alan etiraz aksiyalarının simvoluna çevrilib.

Ölkənin digər regionlarında keçirilən etiraz aksiyalarına da xeyli az adam çıxıb.

Aksiyaçılar dizel yanacağına verginin qaldırılması və bahalaşmaya etiraz edirlər. Sonda hakimiyyət güzəştə getməli olsa da, sonradan nümayiş prezident Emmanuel Macron hökumətinə qarşı çevrlidi.

Makron vergilər və yanacağın bahalaşmasına 6 ay moratorium qoyub.

Yerli mətbuatın yazdığına görə, noyabrın ortalarından bu yana ölkə boyu keçirilən nümayişlər zamanı 4500-dək adam saxlanıb.

XS
SM
MD
LG