Accessibility links

Nikolas Maduro hələ də hakimiyyətdədir


Nikolas Maduro cümə günü hələ də hakimiyyətdədir. Müxalifət lideri Con Quaydonin bu həftənin əvvəli ordu üzvlərinin kütləvi şəkildə Madurodan üz döndərməsinə dair çağırışı nəticə verməyib.

Bir neçə gün davam edən iğtişaş və Quaydonun cümə axşamı ümummilli tətil çağırışından sonra cümə günü paytaxt Karakasda zorakılıq hallarının baş verdiyinə dair heç bir məlumat verilməyib.

Maduro hakimiyyətdə qalaraq ölkənin silahlı qüvvələrini “çevriliş hazırlayan hər kəsə” müqavimət göstərməyə çağırıb.

Müxalifət lideri Xuan Quaydo
Müxalifət lideri Xuan Quaydo

Milli Assambleyanın lideri Quaydo yanvar ayında özünü ölkənin müvəqqəti prezidenti olan edib. ABŞ və təxminən 50 digər ölkə onu Venesuelanın legitim lideri olaraq tanısa da, o, ölkənin sosialist prezidentini hakimiyyətdən devirə bilməyib.

ABŞ dövlət katibi Mayk Pompeo deyib ki, ABŞ prezidenti Donald Tramp Venesuelaya hərbi müdaxilə etməyə hazırdır.

“Əgər tələb olunan budursa, Birləşmiş Ştatlar bunu edəcək”, Pompeo deyib.

Lakin Pompeo və Tramp ABŞ-ın Venesuelaya qoşun göndərməyə nəyin vadar edə biləcəyini söyləməyib.

Nəzarətdən çıxan inflasiya, kəskin ərzaq və neft çatışmazlığı, tibbi xidmət çatışmazlığı və elektrikin tez-tez kəsilməsindən təngə gələn milyonlarla venesuelalı ölkədən qaçıb. Müxalifətin nəzarət etdiyi Milli Assambleyanın başçısı olaraq Quaydo konstitusiyadan istifadə edərək Maduronun prezidentliyinin qanunsuz olduğunu elan edib və Maduronun dekabr ayında keçirdiyi seçkinin saxta olduğunu söyləyib.

Maduro Quaydonu ABŞ və Kolumbiyanın dəstəyi ilə çevriliş cəhdində günahlandırıb və müxalifətin məğlub olacağını deyib.

O bildirib ki, nümayişçilər “konstitusiya, qanunun aliliyi və sülh haqqına qarşı törədilən ciddi cinayətlərə görə məsuliyyətə cəlb olunacaq”.

Çərşənbə günü müxalifət tərəfdarları ilə Venesuela qoşunları arasında qarşıdurma nəticəsində bir qadın paytaxt Karakasda etiraz edərkən başına vurulan güllə nəticəsində həlak olub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG