Prezident Donald Tramp xarici siyasət sahəsindəki məqsədlərinə çatmaq üçün getdikcə daha çox iqtisadi sanksiyalardan istifadə edir, baxmayaraq ki, hərbi müdaxilənin də bir seçim ola biləcəyini bildirir. Lakin sanksiyalara məruz qalan üç ölkədə Trampın yanaşması gözlənilən nəticələr verməyib və bəzi hallarda hətta ABŞ-ın müttəfiqləri arasında fikir ayrılığına səbəb olub.
Venesuelada sosialist lider Nikolas Maduronu devirməyə çalışanmüxalifətçi etirazçılara beynəlxalq dəstək verilir.
Bu dəstəyə ABŞ-ın Venesuelanın neft sənayesinə sanksiyalar tətbiq etməsi və müxalifət lideri Xuan Quaydonun ABŞ və 50 digər ölkə tərəfindən keçid prezidenti kimi tanınması daxildir.
Lakin Maduro hələ ki, getdikcə artan siyasi repressiya vasitəsilə hakimiyyətdə qalmağa davam edir.
Təhlilçilər deyir ki, Birləşmiş Ştatlar Venesuelada dəyişikliyə gətirib çıxarmaq üçün hərbi müdaxilədən öncə başqa tədbirlər görə bilər.
“Bunun bizə zərəri məhdud olduğu üçün, faydaları da məhdud olacaq. Məsələn biz ölkələrə hərbi müdaxilə edib, hökümətlərini dəyişib, onları bizim istədiyimiz siyasəti yürütməyə vadar etməklə daha çox bədəl ödəməyi qəbul edib, daha çox fayda əldə edə bilərik”, Hadson İnstitutundan Riçard Veytz bildiirb.
Tramp çərşənbə axşamı Venesuelada Maduronu 20 min təhlükəsizlik işçisi ilə dəstəklədiyinə görə Kubanı iqtisadi embarqo ilə hədələyib.
Bu, Kubaya qarşı bu yaxınlarda yeni sanksiyaların elan olunmasından sonraya təsadüf edib. Bu sankiyalar Fidel Kastronun kommunist hökümətinin 60 il öncə əmlaklarını aldığı ABŞ bizneslərinə indi bu əmlakları ələ keçirən Avropa və Kanadadakı beynəlxalq şirkətləri məhkəməyə verməyə icazə verəcək.
“O, 90-cı illərdə Konqresdə meydana gələn fikrin ardınca gedir. Bu fikrə əsasən, biz digər ölkələri seçim etməyə vadar etməliyik. Belə ki, onlar ya bizimlə ya da İran, Kuba və ya Şimali Koreya ilə iş aparmalıdırlar”, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən Uilyam Reinş bildirib.
Bundan əlavə Trampın təhlükəsizlik komandası Cənubi Koreya və Yaponiya kimi müttəfiqlər daxil olmaqla üçüncü ölkələrə İran neftini almağa davam etdikləri təqdirdə sanksiyalarla üzləşəcəklərinə dair xəbərdarlıq edir.
Sanksiyalar ABŞ müttəfiqlərini İrana nüvə ambisiyalarını və Yaxın Şərqdə silahlı militant qruplara dəstəyini dayandırması üçün təzyiqi artırmağa vadar etmək üçün müəyyən dərəcədə nəticə verib.
“Onlar Avropa ölkələri özlərini İran iqtisadiyyatından təcrid etməyə vadar edib, baxmayaraq ki, hökümətlər onun siyasətinə qarşı çıxsalarda, bu məsələdə ABŞ-a müqavimət göstərmək üçün böyük tədbirlər görməyib”, Veytz deyib.
Tramp administrasiyasının başçılığı ilə Şimali Koreyaya tətbiq olunan sanksiyalar Pxenyanın balistik raket və nüvə sınaqlarını təxirə salmağa və nüvəsizləşdirmə danışıqlarında iştirak etməyə vadar edib.
Lakin Vaşinqtonun sanksiyaların yüngülləşdirilməsi müqabilində Pxenyanın nüvə sayəsində tərksilah etmək tələbi ilə bağlı danışıqlar nəticə verməyib.
Sanksiyalar rəqib ölkəyə iqtisadi ziyan vura bilsə də, təhlilçilər onların köklü dəyişikliklərə səbəb olacağına şübhə ilə yanaşır və deyir ki, vaxt keçdikcə hədəf olunan ölkələr sanksiyalardan yayınmaq səylərini artırdıqca bu tədbirlər daha az effektiv ola bilər.