Accessibility links

Jurnalistin etirazı- rüşvət tüğyan edir, Səhiyyə Nazirliyin cavabı-tam əsassızdır


Jurnalist Teymur Kərimov Səhiyyə Nazirliyinin binası qarşısında etiraz edir
Jurnalist Teymur Kərimov Səhiyyə Nazirliyinin binası qarşısında etiraz edir

"Mayın 18-də Teymur Kərimov Səhiyyə Nazirliyinin qarşısında səs-küy salaraq anasına edilən müalicələrin pullu olmasını iddia edib. Bu adamın nazirliyə qarşı irəli sürdüyü ittihamlar tam əsassızdır və həqiqətə uyğun deyil. Onun anasının müalicə kursları müasir protokollara uyğun olaraq aparılır."

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin “Kanal 8” İnternet Televiziyasının müxbiri Teymur Kərimovun Səhiyyə Nazirliyinin qarşısında keçirdiyi etiraz aksiyası zamanaı irəli sürdüyü iddialara cavabında deyilir.

Mətbuat xidməti bildirir ki, etiraz edən şəxsin anasına dövlət hesabına mümkün olan müalicə kursları yazılıb. Xəstə Fiqurə Kərimova, 2019-cü il fevral ayından Elmi Tədqiqat Hematologiya və Transfuziologiya institutunda çoxsaylı mielom, 3-cü B mərhələsi, xroniki böyrək çatışmazlığı diaqnozu ilə dispanser qeydiyyatına alınıb.

“Diaqnoz laborator qanın ümumi müayinəsi, biokimyəvi müayinələr, immunoloji testlər, sümük iliyinin müayinəsi, instrumental və klinik müayinələr əsasında qoyulub. Xəstəyə protokol üzrə VCD velkeyd, sikofosfan, deksametazon kursu aparılıb, bununla yanaşı xəstəyə bifosfonatlar, eritropoetin, eritrosit və trombosit kütləsi transfuziyaları aparılıb. Hal-hazırda xəstə ambulator müalicədədir,” Səhiyyə Nazirliyi bildirir.

Xəstə eləcə də xroniki böyrək çatışmazlığı ilə əlaqədar dializ müalicəsi alır.

Teymur Kərimov mayın 18-də Səhiyyə Nazirliynin giriş qapısında etiraz aksiyası keçirib.

O bildirib ki, səhiyyə sistemində korrupsiya açıq-aşkar təzahür etməkdədir.

“Anam onkoloji xəstəlikdən əziyyət çəkir. Onkoloji xəstəxanada texniki təchizat çatışmır, ölkədə dərman preaparatları yoxdur. Trombosid üçün müraciət etmişəm. Deyirlər reaktivi Səhiyyə Nazirliyi verməyib. Trombosid olmayanda daxili qanaxma başlayır. Daxili qanaxma isə ölümə səbəb olur. Bəs, elə isə səhiyyə naziri haradadır,” o qeyd edib.

Jurnalist iddia edir ki, Respublika Xəstəxanasında dializ şöbəsində hər bir xəstədən gündə hər bir seans üçün üç manat pul alırlar.

“Bundan başqa həkimin aylıq haqqı var, 30 manat. Xəstələrə əlcək, bint aldırırlar. Deyirlər material verilmir. Qan İnstitutunda xəstələrə pambıq aldırırlar. Xəstə hansı səbəbdən 30 qəpik verib pambıq almalıdır? Gözümün qabağında qan institutunda 95 manata qan satırlarl. Halbuki o qanı camaat gəlib verir ki, talassemiyalı xəstələrə vurulsun.”

O deyib ki, dəfələrlə sosial media üzərindən səhiyyə sistemində rüşvətin tüğyan etdiyini yazıb.

“Mən bu etirazımla, tutulsam belə, öz anam ölsə belə, neçə-neçə insanı xilas etmək istəyirəm.”

Jurnalist etiraz olaraq geyindiyi paltarları Səhiyyə Nazirliyinin giriş qapısı önündə soyunaraq satmaq üçün insanlara müraciət edib.

“Paltarlarımı satıram ki, bəlkə anamın bir iynəsi üçün pul toplayım. Bu ölkədə mən jurnalist kimi hüquqlarımı müdafiə edə bilmirəmsə, görün sadə vətəndaşların başın hansı oyunlar gətirilir”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG