Accessibility links

Doğumdan sonrakı üç ay ananın sağlamlığı üçün kritikdir


Doğumdan sonrakı üç ay ananın sağlamlığı üçün kritikdir
please wait

No media source currently available

0:00 0:02:01 0:00

Hamilə qadınlar doğuşqabağı yaxşı qayğı gördü zaman, onların dünyaya sağlam uşaq gətirmək şansları artır. Bəs doğuşdan sonra nə olur?ABŞ-da bir qrup ana ilə aparılan sorğunun nəticələri göstərir ki, onlar öz sağlamlıqlarının qayğısına qalmır, bu da onların yeni körpələrinə qayğı göstərmələrinə mənfi təsir göstərir.

Hamilə qadına yaxşı doğumqabağı qayğının göstərilməsi onun doqquz aylıq hamiləliyi boyunca özünün və övladının səhhətini yoxlamaq üçün tez-tez həkimə getməsi deməkdir.

Yeni ana olan qadınların doğuşdan qısa müddət sonra yenidən həkimləri ilə görüşmələri çox mühümdür.
Dr. Meqan Qrey

Bəs doğuşdan sonrakı üç ayda nələr baş verir? Reyçel Kobb deyir ki, o, özünü çox yorğun hiss edirdi.

“İnsanlar bunu hər zaman edib və hər kəs bunu təcrübə edir, buna baxmayaraq mən özümü o qədər yalnız hiss edirdim ki, necə yardım istəyəcəyimi bilmirdim”, Kobb deyib.

Bu dövr dördüncü trimestr kimi tanınır.

“Dördüncü trimestr çətindir və mən heç kəsin buna tam hazır olduğunu düşünmürəm” – deyə, Orlando Health-dən Dr. Meqan Qrey bildirir.

Orlando Health-in apardığı rəy sorğusunun nəticələri qadınların dörddə birindən çoxunun doğuşdan sonra sağlamlıqları ilə məşğul olmadıqlarını göstərir.

“Yeni ana olan qadınların doğuşdan qısa müddət sonra yenidən həkimləri ilə görüşmələri çox mühümdür” – Dr. Meqan Qrey bildirir.

Qadınların qırx faizi özünü yorğun və ya depressiv hiss edir.

“Belə hisslər keçirdiyiniz üçün dərhal ‘mən pis anayam’ deyə düşünürsünüz, amma bu belə deyil”, Reyçel Kobb söyləyir.

Yoxsul qadınlar üçün vəziyyət daha da pisdir. Bir digər araşdırma afro-amerikalı və ya latın mənşəli anaların ağdərili, orta sinfə aid qadınlardan daha çox əziyyət çəkdiyini göstərir.

“Az maaşı olan bu anaların çoxu adətən bahalı olduğu üçün sağlam qidalana, mütəmadi olaraq idmanla məşğul ola və ya özlərinə qayğı göstərə bilmir” – deyə, Baffalo Universitetinin professoru Robert Kif bildirib.

Hamilə qadın
Hamilə qadın

Kif bu qadınların fərqli irq və ya etnik mənşədən olan dayələrlə danışmaqdan çəkindiyini deyir.

“Mənim danışdığım analardan bəziləri dedi ki, onlar dayə xidməti təmin edən agentliklərin işçilərinə uşaqlarının ehtiyaclarını ödəməkdə çətinlik çəkdiklərini söyləsələr, həmin işçinin övladlarını onlardan ayıracaq idarəyə zəng edəcəyindən qorxur” – Kif söyləyir.

Qadınların dördüncü trimestrdə həkimə getmələri çox mühümdür.

“Bəziləri üçün bu hər şeyin yolunda getdiyindən əmin olmaq üçün, bəziləri üçün isə müalicə olmaq üçün lazımdır”, Dr. Meqan Qrey bildirir.

Professor Kif deyir ki, səhiyyə siyasəti dəyişməlidir ki, hətta yoxsul anaların da tibbi ehtiyacları ödənsin.

XS
SM
MD
LG