Accessibility links

Suriyanın şimalında zorakılıq nəticəsində onlarla vətəndaş və əsgər öldürülüb


İdlib, Suriya

Suriyanın müxalif fəallar deyir ki, hökümətin Suriyanın şimal-qərbində üsynaçıların nəzarət etdiyi ərazilərə etdiyi hava hücumları və güclü bombardmanı nəticəsində onlarla insan ölüb.

Britaniyada qərargahlanan Suriya İnsan Haqları Müşahidə Qrupu və müxalif Suriya Mülki Müdafiə qrupu bildirib ki, şənbə günü İdlib vilayətində üsyançıların nəzarət etdiyi kəndlər və şəhərlərdə baş verən hava hücumları və bombardman azı 10 mülki vətəndaşın ölümünə səbəb olub.

Suriyanın dövlət mediası bildirib ki, militantlar hökümətin nəzarət etdiyi əraziləri güllələyib və maddi ziyanlar vurub.

Müşahidə Qrupunun verdiyi məlumata görə, təkcə şənbə günü baş verən döyüşdə 26 qoşun və hökümət tərəfdarı silahlı şəxs habelə altı militant öldürülüb.

Altı həftə davam edən zorakılıq nəticəsinə təxminən 300 min insan evlərindən didərgin düşüb. Bir çoxları zeytun ağaclarının altında, çadırlarda və ya mebelsiz evlərdə, izdihamlı otaqlarda yaşayırlar.

Aprelin 30-da döyüş başlayandan bəri 300-dən çox mülki vətəndaş öldürülüb.

XS
SM
MD
LG