Accessibility links

Tramp Ərdoğanla görüşdə Rusiyadan raket sistemi alınması məsələsini qaldıracaq


Arxiv fotosu- ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldə NATO ölkələrinin dövlət başçılarının zirvə görüşü zamanı, 11 iyul, 2018.
Arxiv fotosu- ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldə NATO ölkələrinin dövlət başçılarının zirvə görüşü zamanı, 11 iyul, 2018.

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri bildirib ki, Tramp bu həftənin çərşənbə axşamı günü Ağ Evdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş zamanı Ankaranın Rusiyadan raket müdafiə sistemləri alması məsələsini qaldıracaq.

Robert O`Brayan CBS tele kanalına müsahibədə Birləşmiş Ştatların Türkiyənin Rusiyadan S-400 sistemləri almasından “çox məyus” olduğunu deyib.

Onun sözlərinə görə, əgər NATO müttəfiqi bu sistemdən qurtulmasa, Türkiyə ABŞ sanksiyaları ilə qarşılaşa bilər. O`Brayan Trampın Ərdoğana bu mesajı verəcəyini bildirib.

Rusiyanın S-400 raket müdafiə sisteminin ilk hissələri Ankara şəhəri yaxınlığındakı Mürted hava meydanına çatdırılır, 12 iyul, 2019.
Rusiyanın S-400 raket müdafiə sisteminin ilk hissələri Ankara şəhəri yaxınlığındakı Mürted hava meydanına çatdırılır, 12 iyul, 2019.

Vaşinqton və onun müttəfiqləri S-400 sisteminin NATO sistemləri ilə bir araya gəlmədiyini, F-35 tipli döyüş təyyarələri üçün təhlükə yaratdığını və Rusiya kəşfiyyatına yardım edəcəyini hesab edir. Tramp administrasiyası Türkiyəni F-35 proqramından iyul ayında çıxarıb.

Ankaranın Rusiyadan raket müdafiə sistemləri alması Türkiyənin NATO üzrə müttəfiqi olan ABŞ-la münasibətlərdə gərginliyin artmasına səbəb olub.

Tramp bu həftənin cümə axşamı günü Ağ Evdə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşəcək.

XS
SM
MD
LG