Accessibility links

Koronavirus pandemiyası dövründə inkişaf etdirilən innovativ cihazlar


Koronavirus pandemiyası dövründə inkişaf etdirilən innovativ cihazlar
please wait

No media source currently available

0:00 0:02:55 0:00

Pandemiya dünya boyu fəlakətlərə səbəb olsa da, çox vaxt məcburiyyətdən dolayı sürətli şəkildə yeniliklərə də gətirib çıxarır. Hazırda xəsətəxanaların üzləşdiyi ən böyük problem kifayət qədər təmizliyi təmin etmək və həkim və tibb bacıları üçün qoruyucu avadanlıqlar tapmaqdır. Bir çox universitet və hospitallar bu problemin öhdəsindən gəlmək üçün sürətli şəkildə yeni innovasiyalar edirlər. Onlar arasında ışıqlı çubuğu olan robotlar və telefon budkasına bənzər qoruyucu sipərlər var.

Sehrli işıqlı qılınclar və robotlar artıq təkcə elmi fantastikada mövcud deyil.

Cənubi Kaliforniya Universitetinin mühəndisləri bu işıqlı qılınca bənzər cihaz vasitəsilə virusların çoxalmasının qarşısını almaq üçün ərazini təmizləyən robot inkişaf etdiriblər. Robotlardan istifadə insanların ictimai məkanları təmizlərkən virusa məruz qalmalarının qarşısını alır.

“Avtobuslar, qatarlar, alış-veriş mərkəzləri, yataqxanlar, universitet laboratoriyaları… çox yer dezinfeksiya edilməlidir”, Cənubi Kaliforniya Universitetinin mexanika mühəndisliyi professoru Satyandra Qupta bildirir.

UV-C adlanan dezinfeksiyaedici ultrabənövşəyi işıq buraxan robotlar detallı şəkildə təmizlik edə bilir.

“Mən telefonu əlimə götürüb, arxasını da dezinfeksiya edə bilərəm. Mən həm də telefonun olduğu masanın üstünü də dezinfeksiya edə bilərəm,” Qupta bildirir.

Texnik robotu uzaqdan idarə edə bilir. Mühəndislər prototipi təkmilləşdirməyə çalışırlar ki, o, sürətli və təhlükəsiz şəkildə UV-C işığı ilə işləsin.

“Bu, birbaşa RNT və DNT-yə təsir göstərir, ona görə də, insan dərisi hüceyrəsi və ya bakteriya hüceyrəsindən asılı olmayaraq, hər hansı hüceyrəni birbaşa məhv edə bilir,” Andre Armani deyir.

Buna görə də, bu işıq çubuğu bir neçə dəqiqə ərzində koronavirsu öldürə bilir.

Bundan əlavə Cənubi Kaliforniya Universitetinin alimi Andrea Armani və komandası içində UV-C işığı olan bu yüngül qutunu inkişaf etdirib.

Qutunun effektivliyi üzərində testlər aparılıb. Armani UV-C işığının gücündən asılı olaraq virusu hansı müddət ərzində məhv etdiyini müəyyən edib.

O deyir ki, bu cihaz üz qoruyucuları kimi şəxsi qoruma avadanlıqları dezinfeksiya etmək üçün kimyəvi dezinfeksiyanın ardınca ikinci dəfə təmizlik üçün istifadə oluna bilər. Armaninin dediyinə görə, UV-C lampalarının tədarükünün məhdud olduğu bir vaxt, bu yenilik insanları daha çox seçimlə təmin edir.

Texasda yerləşən və səkkiz xəstəxanadan ibarət Hyuston Metodist hopsitalı tibb işçilərini qorumaq üçün innovativ cihazlar inkişaf etdirir. Telefon budkasına bənzər qutular tibb bacılarınım xəstələri yoxladıqları zaman qoruyucu baryer kimi istifadə olunur. Bir digər qutu traxeyanın intubasiyası proseduru zamanı virusa qarşı qalxan kimi istifadə olunur.

"Pasientlərə nəfəsalma cihazının taxıldığı zaman həkimlər və tibb bacıları xəstənin ağzına çox yaxın olurlar və bu, yoluxma riskini artırır," Hyuston Metodist hospitalının reanimasiya mərkəzinin direktoru Faisal Məsud bildirir.

Bu cihazlar ABŞ-da pandemiya dövründə inkişaf etdirilən çox sayda yeniliklərdən yalnız bir neçəsidir.

ABŞ-ın Ərzaq və Dərman Administrasiyası (FDA) şirkətlərə yeniliklərindən fövqəladə istifadə üçün icazəyə müraciət etmələrinə icazə verir. İdarə bildirir ki, bu icazə tibb işçilərinə bəzi hallarda FDA tərəfindən təsdiq olunmayan məhsullardan istifadə etməyə imkan verir.

Bizneslər yavaş-yavaş açıldığı bir vaxt həkimlər virusun ikinci dalğasıın olacağından narahatdır. Onların bir çoxu inkişaf etdirdikləri cihazların dizaynlarını internetdə paylaşır.

Sağlamlıq işçiləri bu innovasiyalar sayəsində özlərini gələcəkdə üzləşəcəkləri mümkün çətinliklərə qarşı daha hazır hiss etdiklərini deyirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ordusu Qəzza tərəfədən sərhəd qapısını nəzarətə alıb
please wait

No media source currently available

0:00 0:12:37 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG