Accessibility links

Yunanıstan ölkəni turizmə açmağa hazırlaşır


Yunanıstan növbəti günlərdə sərhədlərini beynəlxalq turizmə açmağı planlaşdırır. Bununla ölkəyə bir çox ölkədən 10 milyondan çox turistin gələcəyi gözlənilir. Lakin səhiyyə rəsmiləri turizmin ölkədə COVID-19-un yayılmasından və Yunanınstan üçün ağır nəticələrə gətirib çıxara biləcəyindən narahatdır.

Sağlamlıqla bağlı narahatlıqlar bu həftə Dohadan gələn uçuşla ölkəyə koronavirusa yoluxan 19 insanın gəlməsindən sonra daha da artıb.

Bu rəqəm az olsa da, Yunanıstanda son bir neçə həftədir sıfıra yaxın yoluxma halları ilə müqayisədə çox yüksəkdir. Yoluxucu xəstəliklər üzrə ekspert Haralambos Qoqos deyir ki, onlar vəziyyətə nəzarət edir və uçuşları və turizmi dayandırmadan məsələni nəzarət altına almaq üçün iclaslar keçirirlər.

Bundan əlavə Yunanıstanın Milli İctimai Sağlamlıq Təşkilatının bu yaxınlarda yaydığı hesabatda son 10 gündə ölkəyə gələn insanlar arasında koronavirus hallarında 36 faiz artımın müşahidə olunduğu bildirilir.

Bu isə pandemiya beş ay öncə başlayandan bəri ölkədə qeydə alınan yoluxma hallarından demək olar iki dəfə çoxdur.

Lakin Afinadakı rəsmilər deyir ki, bu narahatlıqlara baxmayaraq Yunanıstanda turizm planlaşdırıldığı kimi iyunun 15-də bərpa oluncaq və ilk ziyarətçi dalğasının 29 ölkədən gələcəyi gözlənilir.

Həmin ölkələrdə hazırda COVID-19-a yoluxma halları aşağı səviyyədədir.

Afina iyulun 1-dən etibarən bu siyahıya daha çox ölkənin əlavə olunacağına və ölkəyə 6-10 milyon tursitin gələcəyinə ümid edir.

Cenevrə Universitetinin tibb məktəbinin genetika professor Emmanuil Dermitzakis deyir ki, bu, Yunanıstanda COVID-19 minlərlə yoluxma halının olacağı deməkdir.

Onun sözlərinə görə, təxmini hesablamalar ölkəyə gələn ziyatəçilərin 10 faizinin daşıyıcı olacağı və onlardan təqribən 700-nün simptomlarının olacağı və tibbi yardıma ehtiyaclarının olacağını göstərir.

Pandemiya başlayandan bəri 3000-dən az yoluxma və 180 ölüm halının qeydə alındığı ölkədə bu proqnozlar narahatlıq doğurur.

Dermitzakis deyir ki, Yunanıstanın test imkanları son aylarda əhəmiyyətli dərəcədə artıb.

O vəziyyətin nəzarət altına alına biləcəyini deyir. Lakin virusun yay aylarında yayılması yunanların özlərinin sosial məsafə qaydalarına əməl edib-etməmələrindən asılı olacaq.

Karantin qaydaları may ayında yüngülləşdiriləndən bəri minlərlə yunan sosial məsafə qaydalarına məhəl qoymayaraq ictimai məkanlarda toplaşmağa başlayıb. Bu isə Demitzakisi narahat edir.

O deyir ki, yunanların aylarla davam edən karantindən sonra bayıra çıxmları normal haldır, lakin bu onların qaydalara riayət etməmələrinə əsas vermir.

XS
SM
MD
LG